Prodüser Qoar Xodjabaqyana çətin sual:

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

150 min çoxdur, yoxsa 1 milyon?

Ermənilərin İkinci Qarabağ müharibəsindəki rüsvayçılığından, xüsusən Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatından sonra əli heç yerə çatmayan ABŞ erməniləri ayda bir “film çəkdirməklə”, guya, dünyanın diqqətini Artsaxa yönəltmək istəyirlər. Bu məqsədlə fəaliyyətə başlayanda isə əsrlərdən bəri topladıqları mifyaratma təcrübəsindən bəhrələnirlər.

Dünən işğalçı ölkənin jurnalist və “ekspert”lərinin ərsəyə gətirdiyi “Armİnfo” xəbər portalında mifyaratma prosesindəki fəallardan biri – “Evdən yaxşı yer yoxdur” adlı, guya, sənədli olan filmin prodüserləri sırasında yer almış Qoar Xodjabaqyanla müsahibəni oxudum. Yeri gəlmişkən, Qoarın Gövhər, Xodjanın Xoca, baqın bəy olduğunu bilməyən varmı? Yoxdur. Yəni onların nəyi varsa, hamısı türklərdən oğurlanmadır. Ən əsası isə dövlət qurduqları torpaqlar.

Xatırladım ki, bu saxta təfəkkürlü və məkirli prodüserə– insafən, yaraşıqlı qadındır – dilim çatsaydı, onların filminin adını bəyəndiyimi deyərdim. Çünki ermənilər Cənubi Qafqaza gələndən bəri yüz minlərlə azərbaycanlı öz doğma ev-eşiyindən, yurd-yuvasından didərgin salınmışdır. Ona görə hələ də doğma ev həsrətiylə yaşayan çoxsaylı soydaşımız hər addımda ata-babasının torpağı, mülkü, malı haqqında danışanda ermənilərin indi işlətdiyi “evdən yaxşı yer yoxdur” arqumentini dilə gətirirlər. Yüz minlərlə soydaşımız isə həmin ürək göynərtiləri ilə dünyasını dəyişmişdir.

“Müsahibə”dəki bəzi məqamları xatırladaq. Birinci. Jurnalistin suallarını cavablandıran Qoar deyir ki, əsas məqsədimiz Azərbaycanın 2020-ci ilin payızındakı haqsızlıqlarından və 2023-cü ilin sentyabrında törətdiyi etnik təmizləmədən əziyyət çəkmiş 150 min artsaxlının problemini qabartmaqdır.

İndi mən bu məxluqa sual verirəm: “150 min çoxdur, yoxsa bir milyon?” Üstəlik, Qarabağda heç zaman o qədər erməni olmayıb.

İkinci. ABŞ-dəki himayədarlarının yalı hesabına danışan bu şərəfsiz deyir ki, son dörd ildə Artsaxdakı bütün erməni abidələri məhv edilib.

İndi mən ona sual verirəm: Otuz il vəhşi qəbilələrin, insan qanı içən terrorçu, təxribatçı və qatillərin işğalı altında qalaraq viranəliyə çevrilmiş Azərbaycan ərazilərindəki milli, dini, mədəni və tarixi abidələrimizin hamısı sağ-salamatdırmı? Yox! Hamısını sənin soyundan olah heyvanxislətlər yer üzündən siliblər.

Üçüncü. Prodüser deyir ki, çəkdiyimiz sənədli filmlə

(İrəvanda və Nyu-Yorkda oturub Qarabağ haqqında “sənədli” nə isə çəkməyi ancaq ermənilər bacararlar) dünyanın diqqətini Artsaxda törədilənlərə yönəltməyə çalışmışıq.

Siz indi o istiqamətdə “çalışırsınız”. Azərbaycan isə artıq dörd ildir ki, sizin Qarabağda və Şərqi Zəngəzurda törətdiklərinizi dünya ictimaiyyətinə göstərir, çatdırır. Artıq dünyanın müxtəlif ölkələrini təmsil edən səyyah, turist, jurnalist, çoxsaylı beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi, diplomat, deputat, ekspert və ziyalılar hayların “əl izi” olan xarabalıqları, Hirosimaya çevrilmiş şəhərləri görmüş və sizin zatınıza söymüş, əcdalarınızı yada salaraq tüpürmüşdür.

Dördüncü. Qoar deyir ki, Azərbaycan dövlətinin Artsaxda törətdikləri əvvəlcə blokada , sonra soyqırımı və nəhayət, etnik təmizləmə idi.

İndi sual olunur: Bəs Ermənistan dövlətinin Xocalıda törətdiyi nə idi? Xeyriyyəçilik marafonu, yoxsa humanitar addımlar idi? Üstəlik, Azərbaycan bütün addımlarını öz ərazilərini xain düşmənin işğalından azad etmək üçün atmışdır. Ermənistan dövləti isə Xocalıda, sonradan Ağdam, Füzuli, Cəbrayıl və digər ərazilərimizdəki vəhşiliklərini qonşunun ərazilərini ələ keçirmək üçün törətmişdi. Ona görə də dünyanın diqqətini nəyə yönəltmək istəyirsiniz, yönəldin. Dünya artıq sizin böyüklü-kiçikli vəhşi sürüsündən ibarət olduğunuzu çox yaxşı bilir.

Yazını burada yekunlaşdırmaq istəyirdim. Ancaq onun “Artsax sakinləri ən dözümlü insanlardır” – ifadəsinə də münasibət bildirməmək mümkün deyil. Bu prodüserə xatırladıram ki, “Artsax respublikasının buraxılması haqqında” tarixi sənədi məhz həmin “ən dözümlü” sakinlərin özləri imzaladılar. Ermənistan mətbuatı hələ də Artsax rəhbərlərinin bir-birinə xəyanət etdiyini yazır və onların “kom halında” Bakıda “istirahət etməsinin” səbəbini də məhz xəyanətdə axtarırlar.

P.S. İnsafən, filmə yaxşı ad veriblər. Həmin ad 1 milyondan çox azərbaycanlının ürək göynərtisini özündə əks etdirir.

Siyasət