“COP29-da iştirak etməkdən çox məmnunam. Buraya bir çox gözləntilərlə gəlmişik. Əminəm ki, Azərbaycanda keçirilən COP29-un qlobal iqlim təhlükəsizliyini təmin etmək və ölkələrə “yaşıl iqtisadiyyat”a keçid üçün imkanlar təqdim etmək baxımından çox mühüm nəticələri olacaq”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Selassie jurnalistlərə müsahibəsində deyib.
İqlim təhlükəsinin həqiqətən də real olduğunu bildirən Efiopiya Prezidenti fikirlərinə belə davam edib: “Təəssüf ki, bəzi ölkələr həmin reallığı qəbul etmək istəmirlər. Lakin həmin real təhlükə ilə üzləşməyi bacarmalı və iqlim dəyişikliyinin risklərini azaltmaq üçün əməkdaşlıq etməliyik”.