İrəvan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımaq istəmir

post-img

Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz Qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik. Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danı­şaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.

Qərbi Azərbaycan İcmasının Ermənis­tanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirət­də olan hökumət” kimi qələmə verən qon­darma rejimin tör-töküntülərinin, Ermənis­tanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Er­mənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermə­nistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mü­hacirətdə olan Qərbi Azərbaycan hökumə­tinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbayca­na qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvan­layacağıq".

Siyasət