“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası parlament seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib

post-img

Avqustun 20-də “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar aralıq hesabatı təqdim olunub.

Mətbuat nümayəndələrinin qatıldıqları brifinqdə hesabatı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli və Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli təqdim ediblər.

Hesabatda Koalisiyanın Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500 nəfərdən çox üzvünün müşahidə aparacağı göstərilib. Müşahidəçilər QHT üzvləri, fəalları və könüllüləridir.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası işğaldan azad olunmuş ərazilərdə də müşahidə aparacaq. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçın, Kəlbəcər rayonlarında, Şuşa şəhərində müşahidəçi kimi 30 illik işğaldan sonra öz yurdlarına daimi yaşamaq üçün qayıtmış QHT nümayəndələri cəlb olunub.





Siyasət