Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər təkcə siyasi yox, həm də mədəniyyət sahəsi üçün də önəm kəsb edən prosesdir. Çünki parlament öz fəaliyyəti ilə mədəniyyətimizin tanıdılması, maddi-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi işinə ciddi töhfələr verir. Deputatların irəli sürdüyü təşəbbüslər və qəbul etdikləri qanun layihələri arasında mədəniyyət sahəsi də geniş yer tutur. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Etno-Art Mərkəzi – “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə bildirib.
Onun sözlərinə görə, nəsildən-nəslə ötürülən mədəni irsimizin davamlılığının təmin olunması üçün parlamentin qərarları mühüm əhəmiyyət kəsb edir: “Məhz o səbəbdən də bu qanunverici orqana baş tutacaq seçkilər mədəniyyət sahəsini təmsil edən vətəndaşlar üçün önəmlidir”. Səyavuş Əlizadə sonda əlavə edib ki, səsvermədə iştirak edəcək.