Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı namizədlərin təşviqat mərhələsi başlayıb.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 9-da jurnalistlərə müsahibəsində deyib.
Namizədlərə təşviqat aparmaq üçün geniş şərait yaradıldığını bildirən M.Pənahov qeyd edib ki, bu məqsədlə qapalı və açıq məkanlar da daxil olmaqla, ölkə üzrə 5509 ünvan müəyyənləşib.