Böyük Britaniyanın Baş naziri Kir Starmer COP29-a dəvət olunub

post-img

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Britaniyanın Baş naziri Kir Starmerə COP29-da iştirakla bağlı ünvanladığı dəvət məktubu Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Milibanda Azərbaycanın bu ölkədəki səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən rəsmi tədbirdə təqdim edilib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London





Siyasət