Liftdə və mənzildə köməksiz vəziyyətdə qalanlar xilas edilib

post-img

Ötən sutka ərzində Gəncə şəhərində 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Xəbəri nazirliyin mətbuat xidməti verib. 

FHN-nin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.

Nazirliyin qaynar xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə də məlumat daxil olub. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər