Qəmli musiqini kim sifariş verib?

post-img

İndi ermənilərə matəm marşını dinləmək qalır

Volfqanq Amadey Motsart dahi bəstəkar olub. O, cəmi 35 illik ömründə dünyanın musiqi xəzinəsinə bənzərsiz əsərlər bəxş edib. Motsartın sonuncu, yarımçıq qalmış “Rekviyem”i isə sonralar matəm marşı kimi tarixə düşüb. Tarixi şərait və reallıq onu deyir ki, indi hayların “sarı sim”inə məhz bu janrdakı musiqilər uyğundur. Onlar üçün hüznlü musiqini biz deyil, özləri “sifariş” veriblər. 

Amma acı reallıqla barışmaq istəməyən işğalçı qonşularımız mü­vəqqəti qonaq olduqları Qarabağa aid mahnımızın qol-qabırğasını “sındırıb” erməni dilində oxumağa, hətta onu in­ternet platformalarında yaymağa cürət ediblər. 

Xəbər verildiyi kimi, Azərbaycan bəstəkarı Bəhram Nəsibovun varisi – Adıl Nəsibovun adından Əqli Mülkiyyət Agentliyinin və “Rəqəmsal və Audiovi­zual Yayım Sənayesi” İctimai Birliyinin dəstəyi ilə müəllif hüquqlarının pozulma­sı ilə bağlı daxil olmuş şikayət əsasın­da erməni müğənni Gor Yepremyanın ifa etdiyi “Sirun jan” mahnısı “Youtube” platformasından, həmçinin “Youtube Music”, “Spotify”, “Apple Music”, “Ama­zon Music”, “Deezer” və digər rəqəm­sal musiqi platformalarından CD BABY distribütor şirkəti tərəfindən silinib.

Əqli Mülkiyyət Agentliyinin məluma­tına görə, Harut Pambukcyanın ifa et­diyi “Ağçı can” mahnısı da Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qara­bağ” (“Anadır arzulara hər zaman Qa­rabağ”) mahnısının musiqisi ilə üst-üstə düşdüyü üçün “Youtube” platformasın­dan çıxarılıb. 

Bizə isə haylara onu demək qalır ki, doğma Qarabağımız kimi, milli mət­bəximizi, xalçalarımızı, musiqimizi və daha nələrimizi mənimsəyərək öz ad­larına çıxdıqları dövran artıq geridə qal­dı. Müasir dünya artıq miflərə inanmır, tarix, mədəniyyət və məişət üzərində plagiatlıq da daha keçmir. Bu səbəb­dən Gor Yepremyan kimi dığa-manıslar Azərbaycan bəstəkarının mahnısının sözlərini deformasiyaya uğradaraq öz ağıllarına və xam xəyallarına uyğun şəkildə dünyaya yaymaqdansa getsin­lər Volfqanq Amadey Motsartın matəm marşını çox sevdikləri yastı balabanda ifa etsinlər. Həm də yeni aranjimanda, marşın harmoniyasına minor ladı qat­maqla, ona hayların indiki durumuna tən gələn, avazına düşən transpozisiya və modulyasiyalar tətbiq etməklə səslən­dirsinlər. Bax, bu improvizə yüz illərdir “əzabkeş” maskası taxmış ermənilərin bioloji-psixoloji halına, hətta anatomiya­sına tam adekvat olar... 

İ.HƏSƏNQALA
XQ

Siyasət