Milli Kitabxanada “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi təşkil olunub

post-img

31 iyul 2023-cü il "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, “26 avqust– Laçın şəhəri günü” elan edilib.

26 avqust - Laçın şəhər günü yalnız şəhərin azad edilməsinin xatırlanması deyil, həm də Azərbaycan dövlətçiliyinin, milli birliyin və tarixi ədalətin simvoludur. Bu günün qeyd olunması Azərbaycan xalqının milli iradəsini, dövlətin gücünü və tarixi ədalətin bərpasını əks etdirir.

XQ xəbər verir ki, Milli Kitabxanada bu əlamətdar gün münasibətlə “26 avqust – Laçın şəhəri günü” adlı virtual sərgi (http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm) və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Təqdim olunan sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

 



Elm