Milli Məclisdə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi üçün komissiya yaradılıb.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 21-də keçirilən iclasında bildirib.
Parlamentin sədri deyib ki, komissiyanın sədri Adil Əliyev, üzvləri isə Siyavuş Novruzov, Fəzail Ağamalı, Elşən Musayev, Tahir Rzayev, Eldar Quliyev Nigar Arpadarai təyin ediliblər.