Paşinyan delimitasiyanın növbəti mərhələsi haqqında danışıb

post-img

Mümkündür ki, delimitasiyanın növbəti mərhələsi Sünikdən başlasın, lakin bu, istənilən başqa sahədə baş verə bilər, deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Hazırda reqlament layihəsi üzərində işləyirik, onun təsdiqindən sonra qərar veriləcək.

Dünəndən Sünik rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi, real Ermənistanın gündəmi və sülh gündəmi xalqımıza aydındır. Bu çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik.

Bu kontekstdə delimitasiya və digər məsələlər operativ məsələlərə çevrilir. Hökumət təbii ki, nə baş verdiyini, nə üçün baş verdiyini, məqsədin nədən ibarət olduğunu, risklərin nədən ibarət olduğunu, risklərin idarə edilməsi üsullarımızın nədən ibarət olduğunu ictimaiyyətə geniş şəkildə çatdırmağa davam etməlidir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, - Paşinyan qeyd edib.

S.ELAY

XQ

Siyasət