Bonn şəhərində COP29-a hazırlıq məqsədilə jurnalistlər üçün seminar-treninqlər təşkil olunub

post-img

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC ) təşkilatçılığı ilə müxtəlif ölkələrdən olan jurnalistlər üçün seminar-treninqlər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, COP29-a hazırlıq, o cümlədən iqlim mövzusunda jurnalistlərin təcrübələrinin artırılması məqsədilə keçirilən tədbirlərdə BMT Katibliyinin iqlim üzrə mütəxəssisləri iqlim mövzusunda məruzələrlə çıxış edirlər.

Müxtəlif dillərdə təşkil olunan seminar-treninqin ilk günündə BMT Katibliyinin iqlim üzrə xarici əlaqələr katibi Denis Popov iqlim üzrə danışıqların tarixi və indiki mərhələsi barədə ətraflı məlumat verib. Jurnalist və BMT-nin iqlim üzrə müşahidəçisi Anqelina Davidova “Ekologiya haqda necə maraqlı və effektli yazmaq olar?” və “BMT-nin iqlim konfranslarını işıqlandırarkən nəyi bilmək faydalı olar?” kimi mövzularda çıxış edib.

Habelə, ekologiya və iqlim məsələlərini sosial şəbəkələrdə işıqlandırmaq kimi mövzular ətrafında müzakirələr aparılıb.

Seminar-treninqin iştirakçıları mətbuat konfranslarına da qatılırlar.





Siyasət