Türkiyə Qərbi Azərbaycana qayıdışı dəstəkləyir

post-img

Bu gün Türkiyənin aparıcı ali məktəblərindən biri olan Ankaradakı Qazi Universitetində Qərbi Azərbaycanın yerli sakinlərinin deportasiyası mövzusuna həsr olunmuş beynəlxalq simpozium keçiriləcək.

“Qərbi Azərbaycandan məcburi köçürülmə” adlı simpoziumun təşkilatçıları Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Qazi Universitetinin nəzdindəki Türk dünyasının Tədqiqat və Tətbiqi Təşəbbüslər Mərkəzi, həmçinin Türkiyə Mədəniyyətlərarası Əlaqələr Assosiasiyasıdır.

Tədbir iştirakçıları arasında Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Qazi Universitetinin rektoru Musa Yıldız, ekspertlər, alimlər, ehtiyatda olan hərbçilər, yazıçılar və jurnalistlər var.

Simpoziumda keçən əsrin əvvəllərində, qırxıncı illərin sonlarında və otuz beş il öncə soydaşlarımızın qovulduqları Qərbi Azərbaycandakı öz dədə-baba yurdlarına qayıtması ilə bağlı perspektivlər mövzusunda beş paneldən ibarət müzakirənin keçirilməsi planlaşdırılır. Tədbirdə, həmçini azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyasının hüquqi nəticələri barədə fikir mübadiləsi aparılacaq.

XQ

 

Siyasət