Sülhməramlıların ölkəmizdən çıxarılması hər iki ölkənin ali rəhbərliyinin qərarıdır

post-img

Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ru­siya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə mə­lumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

– Mediada gedən məlumata və Rusiya Federasiyası tərəfindən ve­rilmiş rəsmi açıqlamaya görə, Azər­baycan ərazisində müvəqqəti yerləş­dirilmiş Rusiya sülhməramlılarının çıxarılması prosesinə başlanıb. Bu məlumatı necə şərh edərdiniz?

– 2020-ci il noyabrın 10-da imza­lanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisin­də müvəqqəti olaraq yerləşdirilmiş Ru­siya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qə­rarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər.

Siyasət