Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Adıgözəlov aprelin 17-də kollektivə təqdim olunub.
F.Adıgözəlovu kollektivə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Xatırladaq ki, aprelin 16-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Adıgözəlov Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
XQ