Aİ rəsmisi: Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımlar atmağın vaxtı çatıb

post-img

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk bildirib ki, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımlar atmağın vaxtı çatıb. Bu barədə Pronk X sosial şəbəkəsində yazıb.

“Mövcud çağırışlara ekskursiyaya görə” Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə təşəkkür edən Pronk bildirib ki, "regionda sülhün və sabitliyin təmin olunması üçün konkret addımlar atmağın vaxtı çatıb. Aİ əməkdaşlığı dərinləşdirməyə və dinc səyləri davam etdirməyə hazırdır".

Pronk, həmçinin bildirib ki, Avropa İttifaqı minalardan təmizlənməsində Azərbaycanın ən böyük dəstəkçisidir: "Qadın minatəmizləmə komandasına təlim verməklə Aİ qadınların təhlükəsizlikdə rolunu gücləndirməyə kömək edir".

S.ELAY

XQ

 

Siyasət