Qriqoryanın “saman çöpü”

post-img

Yaxud anti-Rusiya tezisi ilə anti-Azərbaycan ritorikasını uzlaşdırmaq cəhdi

Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, bəlkə də, fərqinə varmadan hər şeyi ortaya qoyur. Əlbəttə, onun nələrisə nəzərə almadığını söyləmək bir o qədər yerinə düşmür. Sadəcə, ənənəvi anti-Rusiya ritorikası onda o qədər güclüdür ki, haqqında söz açacağımız hadisənin təfərrüatlarını açıqlaması baş katib üçün ciddi problem yaratmır. Hadisəyə gəldikdə isə bu, Azərbaycan-Ermənistan şərti sərhədində yaranmış gərginlikdir. Daha doğrusu, söhbət erməni silahlı birləşmələrinin Naxçıvan istiqamətində atəşkəsi pozmalarından, o cümlədən, sərhədə hərbi qüvvələr cəmləşdirmələrindən gedir. 

Bəli, A.Qriqoryan ölkəsinin İctimai te­leviziyasının efirindən bildirib ki, sərhəd­də eskalasiya Azərbaycanın özündən daha çox Rusiyadan asılıdır. Baş katib Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Mariya Zaxarovanın Ermənis­tan – Azərbaycan sərhədində mümkün gərginliyin səbəbləri ilə bağlı son bəya­natını şərh edərkən belə deyib. Zaxarova vurğulamışdı ki, eskalasiya “yalnız rəsmi İrəvanın Avropa İttifaqı, ABŞ və Böyük Britaniyaya regionda və ölkədəki vəziy­yətə dağıdıcı təsir göstərməsinə nə dərə­cədə imkan verməsindən asılıdır”. 

Yəni, M.Zaxarova demək istəmişdi ki, İrəvanı Bakı ilə konfrantasiyaya sürük­ləyən Qərbdir. Şübhəsiz ki, xanım dip­lomat fikirləri ilə diqqəti Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiya­sının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət Departamentinin rəhbəri An­toni Blinkenin dünən Brüsseldə keçirilmiş görüşünə yönəltmişdi. Elə Qriqoryanın söylədikləri də müəyyən mənada həmin görüşə fokuslanıb. Əlbəttə, o, Zaxaro­vaya cavab verir. Amma bu, iki dalaşan uşaqdan birinin qarşısındakının söyü­şünə “özünsən” cavabından başqa nə­yisə xatırlatmır. Hərçənd, burada başqa məqamlar da istisna deyil. 

Əvvəldə vurğuladığımız fikrə qayı­daq. Bəli, Qriqoryanın fərqinə varma­dan açıqladığı reallıq ondan ibarətdir ki, Ermənistan Brüssel görüşü öncəsi Azərbaycanla durumu gərginləşdirməyi düşünmüşdü. Ona görə də şərti sərhəd­də atəşkəs pozulmuşdu. Bu, Brüsseldə İrəvanın razı salacaq müsbət nəticənin əldə edilməsi məqsədi ilə reallaşdırılmış­dı. Axı görüşdə Ermənistanın təhlükəsiz­liyinin gücləndirilməsi müzakirə olunub və mövzu əvvəldən bəlli idi. Deməli, ölkə üçün təhlükəli durumun mövcudluğunu “əsaslandırmağa” və məsələni daha ciddi şəkildə qoymağa ehtiyac yaranmışdı ki, sözügedən sərhəd insidenti həmin ehti­yacı ödədi. Amma tam yox. 

Ermənistan Brüssel görüşündən əv­vəl Azərbaycanla vəziyyəti həm də ona görə gərginləşdirmişdi ki, duruma görə Rusiyanı günahlandırsın. Yəni, Qriqor­yan yalnız Zaxarovanın sözlərinə cavab vermir, o, əvvəlcədən düşünülüb müəy­yənləşdirilmiş tezisi gündəmə gətirir. Hə­min tezisdə Azərbaycanla Rusiyanı eyni cəbhədə göstərmək başlıca motivdir. Belə yanaşma da Brüsseldə Ermənistan üçün daha sərfəli nəticələrin əldə edilmə­si məramından qaynaqlanır. 

Əslində, A.Qriqoryanın dediklərinə başqa rakursdan da baxmaq mümkün­dür. Yada salaq ki, həm A.Blinken, həm də Ursula Fon der Lyayen Paşinyanla dünənki görüşdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdilər. Bu zənglər sözügedən təmasın Azərbay­cana qarşı yönəlmədiyinə əminlik yarat­maq məqsədi daşımışdı. İndi isə erməni baş katib Rusiya məntiqini qabardır. 

Deməli, bəlkə Blinkenin və Lyayenin Prezident İlham Əliyevə bildirdiklərində səmimiyyət payı istisna deyil. Ancaq bu­rada maraqlı məqam da var. Bəli, Zaxa­rova Brüssel görüşünün Rusiyaya qarşı yönəldiyini vurğulayıb əndişələnməkdə haqlıdır. İki Avropa liderinin dövlətimizin başçısına zəngi həm də Qərbin Azər­baycanı anti-Rusiya ritorikasından kənar saxladığının təsdiqidir. Qriqoryanın Mos­kvanın sərhəd gərginliyinin təşəbbüskarı olduğunu vurğulaması isə o deməkdir ki, ABŞ və Avropadan fərqli olaraq, İrəvan Azərbaycanın Rusiya ilə eyni cəbhədə yer aldığına dair təsəvvürlər formalaşdır­maqda qərarlıdır. Belədə, əlbəttə, Blin­kenin və Lyayenin səmimiyyəti şübhə doğuracaq. 

Qərbin Azərbaycan – Ermənistan münasibətləri fonundakı səmimiyyətinə həm də ona görə şübhə yaranır ki, həm Avropa, həm də ABŞ mahiyyətcə erməni avantürizmini cilovlamaqda maraqlı de­yillər. Onlar Rusiyanın Cənubi Qafqaz­dan sıxışdırılması üçün rəsmi İrəvanın çıxardığı bütün oyunlara dözümlü yana­şırlar. Ona görə də Brüssel təmasının anti-Azərbaycan mahiyyət daşımadığını bildirmək çətindir. Çünki Ermənistan döv­ləti, onun təmsilçisi kimi A.Qriqoryanın özü də müxtəlif beynəlxalq tribunalarda Azərbaycana əks tezislər gündəmə gəti­rir. Beləliklə, Cənubi Qafqazda sülhə qar­şı çıxdığını ortaya qoyur. Təkcə Qriqor­yan deyil, digər erməni rəsmiləri də eyni yolu tuturlar. 

Bəli, Qərbin erməni avantürizmini cilovlamaq üçün nə icra mexanizmi var, nə də belə bir mexanizmi formalaşdır­maq niyyəti. Qriqoryanın sonuncu açıq­laması bunun təsdiqidir. Ermənistan şərti sərhəddə gərginlik yaradıb Rusiyanı Azərbaycanı hərəkətə gətirən tərəf kimi görməkdə israrlıdırsa, deməli, bu, həm də Brüssel görüşünə Rusiya təmayül­lü anti-Azərbaycan motivi qazandırmaq cəhdidir. 

Əlbəttə, Qriqoryanın cəhdi “saman çöpü”ndən yapışmaqdır. Bu mənada, Belçika paytaxtının Ermənistan üçün ba­taqlıq olduğunu söyləyə bilərik. Nəzərə alaq ki, Qərb heç zaman etibarlı olmayıb. Rusiyanın Ermənistana münasibətdə etibarlı davranması isə görünür, tama­milə aradan qalxıb. O zaman rəsmi İrə­van boğulmağında olsun. Çünki hazırda Qriqoryanın batmaması üçün heç “sa­man çöpü” də yoxdur. 

R.ƏVƏZ
XQ

Siyasət