Zaxarova Bakı və İrəvanı üçtərəfli dialoqun bərpasına çağırıb

post-img

Rusiya Azərbaycan və Ermənistanı üçtərəfli dialoq mexanizmlərinin işini bərpa etməyə çağırıb. Bu barədə aprelin 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib. Məlumatı “İzvestiya.ru” verib. 

“Biz hesab edirik ki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və Rusiyanın köməyi ilə ən çətin məsələlərin effektiv həlli yollarının axtarışına başlanılan formatlarda öz effektivliyini sübut edən əlaqələri bərpa etməyə çağırırıq”, - deyə o qeyd edib.

Zaxarova deyib ki, söhbət sərhədin delimitasiyası, regionda nəqliyyat və logistika marşrutlarının açılması, eləcə də sülh müqaviləsinin hazırlanmasından gedir.

Qeyd edək ki, fevralın 17-də Ermənistan baş naziri Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sülh sazişi üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Onların görüşü Almaniya kansleri Olaf Şolsun təşəbbüsü ilə baş tutub. Onlar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.

 

P.ƏMİRCANOV

XQ

Siyasət