Bakıda bir sıra faydalı və məhsuldar görüşlər keçirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün jurnalistlərə açıqlamasında deyib.
H.Görgün Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, yerli istehsalın dəstəklənməsi mövzusunda hədəflərə çatmaq üçün ölkələrimiz arasında sıx əməkdaşlığın olduğunu qeyd edib. O bildirib ki, son illərdə Türkiyədə fəaliyyət göstərən müdafiə sənayesi şirkətləri Azərbaycanın müdafiə sənayesi sahəsinin inkişafına dəstək verirlər. “ASELSAN” uzun illərdir Bakıda fəaliyyət göstərir, “ROKETSAN”, “HAVELSAN”, “BAYKAR” da Azərbaycanda ofislərini açıb. Azərbaycanla birgə reallaşdırılmalı olan layihələr, texnoloji mübadilənin həyata keçirilməsi və sair kimi fərqli mövzularda əməkdaşlığımız davam edir”, - H.Görgün vurğulayıb.