Koreyalılar niyə çox düyü yeyirlər və kökəlmirlər?

post-img

Alimlər asiyalıları piylənmədən qoruyan məhsulun adını çəkiblər

Koreyalılar, eləcə də bir çox digər Asiya xalqlarının nümayəndələri, çoxlu düyü, əriştə və karbohidratlarla zəngin olan digər qidalardan istifadə etmələrinə baxmayaraq, incə bədən quruluşuna malikdirlər. Müxtəlif araşdırmalara görə, asiyalılar avropalılara və amerikalılara nisbətən piylənmədən daha az əziyyət çəkirlər. Bu paradoksal görünən incəliyin ipuçlarından biri düyü istehlakı ola bilər.

Kyotodakı Qadın Liberal İncəsənət Kollecinin professoru Tomoko İmainin rəhbərlik etdiyi bir qrup yapon alimi mütəmadi olaraq düyü yeməyin piylənmənin qarşısını almağa kömək etdiyini müəyyən edib. Tədqiqatçılar Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarından istifadə edərək, əhalisi 1 milyondan çox olan 136 ölkənin pəhrizlərini müqayisə ediblər.

Banqladeş düyü istehlakına görə lider olub (adam başına gündə 473 q). İkinci yerdə Laos (433 q), üçüncü yerdə Kamboca (438 q), üçüncü yerdə Vyetnam (398 q) və İndoneziya (361 q) qərarlaşıb. Eyni zamanda, İspaniya (22 q), ABŞ, Böyük Britaniya (hər biri 19 q) və Fransa (15 q) sakinləri ən az düyü yeyirlər. Bu məlumatları piylənmə statistikası ilə müqayisə edən yapon alimləri insanların gündə orta hesabla 150 qram düyü yediyi ölkələrdə piylənmə nisbətinin əhəmiyyətli dərəcədə aşağı olduğunu görüblər. Bununla belə, bu məhsulu daha az istehlak edən ölkələrdə piylənmə daha yüksəkdir.

“Müşahidə olunan assosiasiyalar düyü əsas qida məhsulu olduğu ölkələrdə piylənmənin aşağı olduğunu göstərir. Buna görə də, yapon yeməkləri və ya Asiya düyü əsaslı pəhriz piylənmənin qarşısını almağa kömək edə bilər”, - professor Tomoko İmai bildirib. Tədqiqat müəllifləri bu faydalı təsirin düyüdə olan lifdən qaynaqlandığını irəli sürürlər. Belə ki, düyü istehlakı toxluq hissini artırır və həddindən artıq yeməyin qarşısını alır. Bundan əlavə, düyü az yağlıdır və istehlakı bir çox digər qidalarla müqayisədə qanda qlükoza səviyyəsinin cüzi artmasına səbəb olur.

Asiyalıların arıq olması bir çox amillərin nəticəsi ola bilər. Asiya pəhrizinə təkcə düyü və əriştə deyil, həm də çörək, qarğıdalı, bol meyvə və tərəvəz, lobya, qoz-fındıq, toxum, balıq və dəniz məhsulları daxildir. Bunlar sizi tez doyuran və daha uzun müddət aclıq hiss etməməyinizə imkan verən qidalardır. Bundan əlavə, Asiya mətbəxində çoxlu isti şorbalar var. Bədəni yaxşı qidalandırır və həzmi yaxşılaşdırmağa kömək edir.

Həmçinin Asiya ölkələrinin sakinləri çoxlu su və çay, xüsusilə də yaşıl çay içirlər. Bir çox dietoloq qeyd edir ki, kifayət qədər maye istehlakı sağlam qidalanmanın və normal çəki saxlamağın vacib tərkib hissəsidir.

Asiya mədəniyyətinin başqa bir xüsusiyyəti şüurlu qida istehlakıdır. Bu ölkələrin sakinləri yemək yeyərkən adətən kitab oxumur, televizora baxmır və smartfondan istifadə etmirlər. Bu, həddindən artıq yeməkdənsə, bədəninizin həqiqətən ehtiyac duyduğu qədər yeməyə kömək edir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı