Azərbaycanın güc strukturları təhlükəsizliyimizin keşiyindədir

post-img

Dövlətin və vətəndaşların təhlükəsizliyi üçün zəruri addımlar atılıb və bundan sonra da atılmalıdır. Ölkəmizdə ictimai təhlükəsizliyin təmin olunması nəticəsində Azərbaycan regionda və dünyada ən təhlükəsiz ölkələrdən biridir. 

XQ xəbər verir ki, bu fikiləri QHT sədri Zülfiyyə Nuriyeva bildirib. 

“Bu təhlükəsiz şərait o demək deyil ki, bizim ölkəmizə qarşı hər hansı qüvvələr mübarizə aparmırlar. Əksinə, son  dövrlər ölkəmizə qarşı müxtəlif  dövlətlərin kəşfiyyat  qüvvələri və onların əlaltıları daha da çoxalıb.  Bu günlərdə DTX-nın yüksək peşəkarlıqla aşkarladığı terrora cəhd faktı bir daha bunu sübut edir. 

Azərbaycanın güc sükutlarının ayıq-sayıq fəaliyyəti bu cəhdləri anında da zərərsizləşdirir.

Heç şübhəsiz ki, bu istiqamətdə atılan vacib addımlardan ən başlıcası Azərbaycan Respublikasının quru sərhədlərinin bağlı saxlanmasıdır. Hazırki durum bu addımın atılmasının vacibliyini bir daha sübut edir. 

Regionda nüfuz müharibəsinin getdiyi bir zamanda Azərbaycan bütün riskləri nəzərə almalıdır. Dövlətin və vətəndaşların təhlükəsizliyi üçün bütün zəruri addımlar atılıb və bundan sonra da atılmalıdır”.

XQ

Siyasət