2023-cü ildə əldə olunmuş əsas markoiqtisadi göstərici inflyasiyanın aşağı səviyyədə olmasının təmin edilməsidir. Valyuta bazarında sabitliyin qorunmasına əməl edilib.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-in 8,9 faizini təşkil edib.