Qlobal çətinliklər bir günə ərsəyə gəlməyib, onlar onilliklər ərzində formalaşıb. Bu nəticəyə gəlib çıxmaq üçün müəyyən səbəblər var. Biz bəşəri dəyərlərə əsaslanan təsisatlara güvənirik. Hətta mən düşünürəm ki, bu da kifayət deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu təşkilatlar, ilk növbədə, özlərində dəyişiklər etməlidir.
“Vəziyyət faciəvi şəkildə dəyişməkdədir. Bugünkü dünya daha çox mürəkkəbliklərlə üzləşir. Bu ,təkcə qarşıdurmalarla məhdudlaşmır”, - deyə C.Bayramov vurğulayıb.