Komitə sədrinin müavini: Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır

post-img

Fransada islamofobiya hallarının 80 faizi qadınlarla, onların geyimləri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları" mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50 faizdən çox olur. Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrı-seçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliyadan, İspaniyadan olan miqrantlara üstünlük verirlər.

Siyasət