ABŞ-da amerikalı həmkarı Antoni Blinkenlə görüşən xarici işlər naziri Hakan Fidan Qəzzada vəziyyətin ağır olduğunu və günahsız insanların əzabını yüngülləşdirmək üçün təcili tədbirlər görülməsinin lazım olduğunu vurğulayıb. Məlumatı “Anadolu” verib.
Türkiyə XİN başçısı və onu müşayiət edən nümayəndə heyəti Vaşinqtonda Strateji Mexanizm toplantısı çərçivəsində amerikalı həmkarı Blinken ilə görüşüb.
Fidan bildirib ki, 2021-ci ildən bəri artıq yeddinci strateji görüşlərini keçirirlər. Onun sözlərinə görə, bu çərçivədə iki ölkə arasında təhlükəsizlik, regional əməkdaşlıq, regional məsələlər, ticarət və enerji kimi geniş spektrli məsələlər ətrafında danışıqlar aparılacaq.
Türkiyənin xarici işlər naziri deyib: “Qəzzada çətin vəziyyət bizdən bu məsələni təcili həll etməyi tələb edir. Beynəlxalq ictimaiyyət günahsız insanların əzabını dayandıra bilir. Qəzzada insanların humanitar yardıma ciddi ehtiyacı var”.
Nazir Fidan Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardımların fasiləsiz verilməsi üçün ABŞ və digər ölkələrlə ciddi əməkdaşlığa ehtiyac olduğunu vurğulayıb.
Görüş zamanı Ukrayna və Qara dənizdə təhlükəsizlik kimi bir çox regional məsələlərin müzakirə olunacağını da əlavə edən Fidan, İsveçin üzvlüyündən sonra NATO-dakı mövcud vəziyyətin də müzakirə olunacağını bildirib.
P.ƏMİRCANOV
XQ