Antalya dünyanın yalnız turizm mərkəzi deyil, bu gün, eyni zamanda, diplomatik mərkəzlərindən biri kimi bu cür mötəbər tədbirə ev sahibliyi edir. Tədbirdə çox sayda iştirakçı var. Azərbaycanın tədbirə geniş heyətlə dəvətə görə Türkiyəyə təşəkkürümüzü bildiririk.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media nümayəndələrinə açıqlamasında söyləyib.
Antalya Diplomatiya Forumu çərçivəsində Cənubi Qafqaza, Türk Dövlətləri Təşkilatına, bütövlükdə Türk dünyasına həsr edilən, bilavasitə Azərbaycanla bağlı olan mövzularla əlaqədar çox vacib panellərin keçiriləcəyini vurğulayan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan burada öz baxışlarını bölüşəcək.
“Prezident İlham Əliyev seçkilərdən sonra keçirilən inauqurasiya mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətinin, dünyaya baxışının yeni istiqamət və prioritetlərini müəyyənləşdirdi. Azərbaycan COP29 kimi mötəbər tədbiri regionumuza gətirib. Cənubi Qafqaz regionunda sülhün, əməkdaşlığın daha da inkişafı istiqamətində Azərbaycanın baxışları forum çərçivəsində həmkarlarımıza və bütün auditoriyaya çatdırılacaq”.
XQ