“Ermənistan regionda tək qalıb”

post-img

Fransa Ermənistana öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi baxır. Rusiya Ermənistanda təsirini itirdiyindən Fransa onun yerini tutmağa çalışır. Ümumiyyətlə, baş nazir Nikol Paşinyanın siyasəti bütövlükdə ermənilər üçün tamamilə fəlakətli olub və belə də davam edir.

“Caliber” xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində Avropa Araşdırmaları İnstitutunun elmi işçisi Stevan Qajiç Fransa prezidenti Emmanuel Makronun Ermənistana verdiyi yeni vədləri şərh edərkən deyib.

“Fransa verdiyi vədlərin bir qismini yerinə yetirəcək, Ermənistan bəzi texnika alacaq. Lakin strateji baxımdan KTMT-dən çıxmaq Ermənistan üçün fəlakətdir. Nəzərə alsaq ki, Azərbaycan vəziyyətdən kifayət qədər bacarıqla istifadə edir. Mən hesab edirəm ki, Ermənistan indi çox çətin vəziyyətdədir. Paşinyanın gəlişi ilə ölkə daha da pisləşdi və görürük ki, bir-birinin ardınca fəlakətli qərarlar verilir.

ABŞ-da da böyük erməni diasporu var, amma faktiki olaraq ABŞ Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib. Hesab edirəm ki, vəziyyət çox ağır və acınacaqlıdır, çünki Ermənistan regionda tək qalıb. Onun potensial İrandan başqa heç bir müttəfiqi yoxdur. Fransızlara güvənmək fəlakətdir, çünki onların çoxlu problemləri var və indi, sadəcə, Rusiyaya zərər vermək istəyirlər”, - deyə S.Qajiç bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət