Erməni politoloq: Azərbaycanı aldatmaq olmaz, o, ciddi ölkədir

post-img

Fövqəldövlətlər və imperiyalar kiçik xalqların psixologiyasını öyrənib və onları necə çaşdırmaq lazım olduğunu bilirlər. Azərbaycanlıları aldada bilməzsən. Azərbaycanlılar real siyasət yürüdürlər. Məsələn, Fransa-Azərbaycan münasibətləri nə qədər gərgin olsa da, heç nə Fransanın Azərbaycan iqtisadiyyatında iştirakına mane olmayıb.

Bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Argişti Kiviryan deyib.

O bildirib ki, erməni qərbpərəstlərinin fikrincə, bu günlərdə Qərb guya Bakıya barmağını yelləyir: “Ancaq baxın, bu günlərdə Azərbaycanın energetika naziri ABŞ-da səfərdədir və orada müxtəlif enerji layihələri ilə bağlı çox dərin danışıqlar aparır. Ciddi dövlətlər real nəticə əldə edir, kiçik ölkələr isə aldadılır”, - deyə politoloq bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət