Dünyada ötən illərdə pandemiya, iqtisadi böhran və davam edən hərbi münaqişələr beynəlxalq sistemin dayanıqlığı ilə bağlı müzakirələri gündəmə gətirməklə yanaşı, geosiyasi qeyri-müəyyənlik yeni əməkdaşlıq platformaları istiqamətində axtarışlara da zəmin yaradıb. Sosial Tədqiqatlar Mərkəzi buradan irəli gələrək, regionun yüksələn gücü olaraq Azərbaycanın yeni dövrdə milli və regional maraqlar baxımından hansı qrup ölkələrlə əməkdaşlığının daha üstün hesab edildiyi barədə ictimai rəyi öyrənib.
Rəy sorğusunun nəticələrinə əsasən, ölkə ictimaiyyətinin 60.0 faizi türk dünyası ölkələri ilə, 13.7 faizi İslam ölkələri ilə, 9.9 faizi məhz qonşu ölkələrlə əməkdaşlığna daha çox üstünlük verdiyini bildirib. Sorğuda iştirak edənlərin 6.6 faizi keçmiş sovet ölkələri, 3.3 faizi Qərb ölkələri ilə əməkdaşlığını üstün hesab etdiyini ifadə edib. Respondentlərin 2.8 faizi digər cavab variantlarını səsləndirib, 3.7 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Rizvan FİKRƏTOĞLU
XQ