Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edirəm. İnanıram ki, Asiya Parlament Assambleyası Azərbaycanın sədrliyi ilə böyük uğurlar qazanacaq. Bu işdə Özbəkistan hər zaman dəstəyini verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan Ali Məclisi Senatı sədrinin birinci müavini Sodiq Safoev Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında söyləyib.
O bildirib ki, bu gün dünyada çox düşündürücü, mühüm hadisələr baş verir. Bütün regionlarda cərəyan edən hadisələrin öhdəsindən gəlmək üçün parlament nümayəndələrinin üzərinə böyük öhdəlik düşür.