Nikol Paşinyan: Bakı və İrəvan əldə edilmiş razılaşmalara sadiqdirlər

post-img

Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü keçirilən görüşün əsas nəticələrindən biri tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliklərinin təsdiqlənməsi olub.

TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşündə deyib.

Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq: “Biz Prezident Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutsun, ondan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da olacaq”.  

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət