Yeni tarixin ilk səhifəsi: seçki və quruculuğun strateji məqamları

post-img

2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edil­miş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə ba­carığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

(Prezident İlham Əliyevin 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindəki nitqindən)

III məqalə

2003-cü ildə söz vermişdi...

“Mən bu böyük etimadı doğruldaca­ğam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”...

“Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir...Biz hələ də ümidlərimizi itir­mirik...Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilmə­lidir. Azərbaycan heç vaxt bu vəziyyət­lə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, mü­haribənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəmə­yimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. 

“Mən Azərbaycanın xoşbəxt gələcə­yinə inanıram. Əminəm ki, ölkəmiz bun­dan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokra­tiya daha da inkişaf edəcək, siyasi plü­ralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir”.

Hamısını yerinə yetirdi!

2024-cü ildə bəyan etdi...

Prezident İlham Əliyev dünən andiç­mə mərasimindəki nitqində ilk dəfə dövlət başçısı seçilərkən xalq verdiyi vədlər içə­rində ən önəmlisi olan ölkənin ərazi bü­tövlüyünün və suverenliyinin artıq təmin edildiyini böyük öyünc və rəsmi təntənə ilə vurğuladı: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bü­tövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan–Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbayca­nın ərazi bütövlüyü çərçivəsində öz həl­lini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nə­yin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müha­ribəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir”.

Müstəqillik illərində qazanılmış tarixi nailiyyətlərdə Xalq – Lider birliyinin xü­susi rolunu xatırladan dövlət başçısı bu tandemin gündən-günə daha ciddi önəm daşıdığını qeyd etdi: “Bu gün Azərbay­can xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həl­lini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ide­oloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük”.

Andiçmənin türk siyasi qavramı haqqında

Türk toplumlarında qədimdən döv­lət başçısının and içməsi çox müqəddəs sakral hadisə kimi qəbul edilmiş və ona böyük önəm verilmişdir. Xalq arasında bu mərasim başçının hamının qarşısında “kişi sözü verməsi” kimi qiymətləndirilmiş­dir. Çoxsaylı araşdırmalarda vurğulanır ki, türk toplumlarında, o cümlədən Azərbay­canda seçilmiş dövlət başçısının andiçmə mərasimi xüsusi mənası olan rituallarla keçirilmişdir. Məsələn, seçilmiş Bəyi ətra­fında olan digər bəylər əlləri üstünə qal­dırmış və bir sıra suallar vermişlər. Həmin suallar sırasında başçının hansı müddətə bu vəzifədə qalması ilə bağlı olardı. Al­dıqları cavabdan asılı olmayaraq, türk toplumu və onun bəyləri başçının konkret əməllərinə baxardılar. Əgər başçı uğurlu­dursa və toplumun rifahını və təhlükəsiz­liyini təmin edirdisə, uzun müddət vəzifə­sində qalırdı. 

Bu ənənə müxtəlif formalarda əsrlərlə türk xalqlarında öz yerini qorudu. Burada əsas siyasi məqamlar ondan ibarətdir ki, birincisi, dövlətə seçilən başçının fəliyyə­ti xalqın ədaləti, rifahı və təhlükəsizliyinə göstərdiyi ximətlə qiymətləndirilirdi, ikinci­si, dövlət rəhbərini əhatə edən toplumun xüsusi nümayəndələri ona ciddi dəstək verirdilər, üçüncüsü, başçı daim xalq (top­lum) qarşısında məsuliyyətini hiss edirdi. Bütün bunların yekun rəmzi kimi bəylər andiçmə mərasimində başçını qolları üstünə qaldıranda onun boynuna xüsusi rəngdə şərf dolayardılar ki, bu da vəzifə­nin müqəddəsliyinin və yüksək məsuliy­yətin rəmzi olsun!

İndi bütün bu proseslərin dərin məntiqi və mənası saxlanmışdır. Lakin proses çox müasirləşmişdir. Prezidentin Qurani-Kə­rimə əl basması və Bayraq qarşısında diz çöküb onu öpməsi bütün mənaları, sak­ral mesajları və siyasi anlamları özündə ehtiva edir. Azərbaycan Prezidenti yalnız Quranın altından keçir və yalnız Bayraq qarşısında diz çökür! Dünyada başqa heç bir qüvvə Azərbaycan rəhbərini diz çök­məyə məcbur edə bilməz! 

Xüsusilə, Ulu Öndərdən sonra İlham Əliyev Prezident kimi qədim Azərbaycan dövlətçiliyinin bu prinsiplərini tam olaraq gözləyir! İndi cənab Prezidentin and iç­məsi bütün xalqa qürurla yanaşı, ümid, inam və çalışqanlıq ruhu verir! Hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin Prezident kimi and içməsinə həyatın çox ciddi bir hadisəsi kimi baxır! Bu Andiçmə həm şərəf verir, həm də məsuliyyət hissi­mizi qat-qat artırır! 

Bunun səbəblərindən biri də müstəqil və müasir Azərbaycan siyasi tarixində ilk dəfə olaraq dövlət başçısının ərazi bütöv­lüyünün tam bərpası və suverenliyin tam təmin edilməsi şəraitində and içməsidir. Bu reallığın rəmzi İlham Əliyevin eyni dərəcədə dövlət başçısı, Lider və Ali Baş Komandan olaraq əlini müqəddəs Qura­ni-Kərimə basması və Bayrağı ürəkdən ölçməsidir. Bayrağı İlham Əliyev Qara­bağın hər azad edilmiş yerində gözünün üstünə qoymuşdur. İndi həmin hadisələrin Azərbaycan miqyasında təkrarı baş verir! Prezident and içir, vəd verir və aktiv fəa­liyyətə səsləyir! Bayraq Prezident İlham Əliyevdədir! Xalq Bayraq kimdədirsə, ona dəstək verir! Bu da qədim türklərdən gələn dyişməz bir ənənədir! 

Bütün bunlara görə, “Breaking News Network Worldwide” adlı beynəlxalq inter­net nəşrinin Prezident İlham Əliyevin qa­lib gəlməsini “xalq üçün qələbə” adlandır­ması çox səmimi və doğrudur! Nəşr bunu həm də yüksək seçici fəallığı ilə əlaqələn­dirməkdə haqlıdır. İndi Andiçmə mərasimi fonunda “xalq üçün qələbə” ifadəsinin an­lamlarına baxaq.

“Xalq üçün qələbə”: siyasi, geosiyasi və quruculuq anlamları

Azərbaycanda seçki prosesi başa çatmışdır. Prezident İlham Əliyev 92,12% səs toplayaraq yenidən dövlətə başçı seçilmişdir. Dünyanın müxtəlif ölkələri­nin KİV orqanları bu seçkini Azərbaycan dövləti üçün strateji əhəmiyyəti olan ha­disə kimi təqdim etməkdədirlər. “Bre­aking News Network Worldwide” adlı beynəlxalq internet nəşri Prezident İlham Əliyevin qalib gəlməsini “xalq üçün qələ­bə” adlandırmışdır. Bunu yüksək seçici fəallığı ilə əlaqələndirmişdir. 

Müasir mərhələdə bu ifadəyə tez-tez rast gəlmək olar. Demək olar ki, əksər ölkələrdə dövlətə başçı qələbəsini “xalq üçün qələbə” kimi təqdim edir. Lakin fəa­liyyətin gedişatı göstərir ki, burada reallıq­dan çox təbliğat ementi varmış. Məsələn, indi bir sıra müstəqil dövlətlərdə liderliyin “xalqın xidmətçisi” növündən bəhs edirlər. Ancaq gerçək proseslər göstərir ki, “xalqa xidməti” liderlərin hərəsi bir cür başa dü­şür. 

Siyasi anlam

Təbii ki, bütün bunların fonunda bü­tövlükdə dünya üçün maraqlıdır ki, həqiqi mənada liderin xalqa xidmətinin məzmu­nu hansı xüsusiyyətləri özündə birləşdir­məlidir? Bu anlamda da “xalq üçün qələ­bə” nə deməkdir? Bu ifadənin ən yaxşı dərkini Prezident İlham Əliyevin fəaliyyə­tinin məzmunundan görmək mümkündür.

Doğurdan da Azərbaycan Prezidenti­nin seçkidəki qələbəsi birbaşa xalq üçün­dür! İlham Əliyev hər addımında Azərbay­can xalqının maraqlarını nəzərə almışdır. Bu əsasda Prezident kimi kifayət qədər standart olmayan, gözlərin alışmadığı təşəbbüslər irəli sürmüş, davranışları ilə cəmiyyətə yeni siyasi ruh gətirmişdir. Nü­munələr kifayət qədərdir. 

Hər şeydən öncə, İlham Əliyev Azər­baycanda siyasi liderliyin standartlarını xalqın mənafeyi naminə yeniləşdirən li­derdir. Məsələn, o, quruculuq prosesini reklam etmədən, strateji məqsədini kim­səyə açıqlamadan, lakin qətiyyət, inam və yüksək məntiqlə aparan lider oldu! Bu, Cənubi Qafqaz kimi bir regionda asan məsələ deyildir. Xüsusilə müxtəlif dairələ­rin qondarma bəhanələrlə Azərbaycana təzyiq göstərmək cəhdlərinin mövcud ol­duğu bir şəraitdə strateji planları davamlı həyata keçirmək böyük siyasi-diplomatik və idarəetmə məharəti tələb edir. Burada siyasi baxımdan çox incə bir məqam var­dır.

Məsələ ondan ibarətdir ki, bu kimi bö­yük vəzifələrin öhdəsindən liderin hansı şərtlər daxilində gələ biləcəyi nəzəri və praktiki baxımdan açıq məsələdir. Ortaq mövqe belədir ki, lider mütləq real olaraq xalqa arxalanmalıdır. Bunun üçün isə əsl mənada xalq üçün çalışmaq gərəkdir. La­kin eyni zamanda, xalqın da öz liderinə yüksək inamı lazımdır. İlham Əliyev bu üç komponenti harmonik birləşdirərək xalq üçün çalışdı və qələbəsini də xalq üçün etdi! “Xalq üçün qələbə”nin siyasi anla­mında bu tezis əsas yeri tutur.

Geosiyasi anlam 

Məsələnin geosiyasi aspekti daha mürəkkəb faktorları nəzərə almağı tələb edir. Çünki hazırda regional və qlobal geosiyasi dinamikada dolaşıq və kon­frontasiya ruhlu tendensiyalar az deyildir. Böyük dövlətlərin minbir hiylə ilə regional reallığa deyil, öz maraqlarına uyğun mən­zərə yaratmaq cəhdləri ara vermir. Belə bir şəraitdə Cənubi Qafqazda lider olmaq və həm də perspektivli geosiyasi kurs hə­yata keçirmək olduqca məsuliyyətli, ağıllı və dərin elmi əsasları olan siyasi fəaliyyət tələb edir. 

Prezident İlham Əliyev 21 ildir ki, bu istiqamətdə son dərəcə bacarıqlı oldu­ğunu, böyük uğurlar qazandığını həm xalqına, həm də dünya ictimaiyyətinə sübut etmişdir! İlham Əliyev çıxışlarında daima özü üçün mühüm saydığı iki məqa­mı vurğulamışdır. Onlardan biri Ulu öndər Heydər Əliyevin siyasi varisi kimi dövlət quruculuğu xəttini davam və inkişaf et­dirmək, Ümummilli liderin siyasi kursuna əməl etməkdən ibarətdir. Digəri isə xalqın mənafeyini gözləmək, milli maraqları tə­min etməkdir. 

Bu iki faktorun birliyində İlham Əliyev siyasətinin hər bir hissəsinə məzmun vermişdir və praktiki olaraq onları qə­tiyyətlə və uğurla həyata keçirmişdir. O cümlədən, regional və qlobal miqyaslar­da geosiyasi aspektdə fəaliyyətində bu mövqeni səmərəli olaraq dövlətlərarası münasibətlərə proyeksiya edə bilmişdir. Bunun nəticəsi kimi daxili islahatlarla ya­naşı, enerji strategiyasında, müxtəlif bey­nəlxalq təşkilatlarda, çoxlu sayda dövlətin milli təhlükəsizliyinin təmin edilməsində, türk xalqları arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində misilsiz xid­mətləri olmuşdur. 

Məhz İlham Əliyevin fəaliyyəti sayə­sində Cənubi Qafqaz xalqları hələlik müharibədən uzaqdırlar. Azərbaycan Prezidenti xalqların rifahı və təhlükəsiz­liyi naminə addımlar atdığını müxtəlif geosiyasi xarakterli tədbirlərdə ifadə et­mişdir. Onun “Qafqaz Evi”ni dirçəltmək, Türk Dövlətləri Təşkilatını yeni səviyyəyə çatdırmaq, Qoşulmama Hərəkatı çər­çivəsində 120-dən çox xalqın rifahı və əməkdaşlığına uyğun olan təşəbbüslərlə çıxış etmək kimi fəzilətli addımların kö­kündə Liderin xalqı üçün çalışması faktı dayanır! Bunu xaricdə də, deyəsən dərk etməyə başlamışlar!

Hazırda Cənubi Qafqazda geosiyasi dinamikanın xalqların xeyrinə ritmləşməsi İlham Əliyevin böyük töhfəsidir. Bir dövlət başçısı və lider kimi öz xalqının maraq­larını hər şeydən üstün tutmasının geo­siyasi arenada ən gözəl təsdiqidir! Belə bir Prezidentin and içməsi həm də xalqın öz Liderinə sonsuz inamının təntənəsidir! İlham Əliyev xalqına arxalanaraq xalqı üçün And İçir! 

2003-cü ildən başlayan bu mərasim təcrübəsi göstərir ki, Prezidentin Andı həm də reallıqdır! Bu And dövlət başçı­sının öz xalqı qarşısında məsuliyyətini dərindən anlaması deməkdir! Bu And İlham Əliyevin yeni tarixi mərhələdə Azər­baycan xalqı, Azərbaycan dövləti və hər bir Azərbaycan insanı üçün strateji hesab edilən vəzifələrin öhdəsindən həmişə ol­duğu kimi məharətli siyasətçi, təəssübkeş, yaradıcı və yüksək strateji təfəkkürlü Lider və, nəhayət, azərbaycanlılar üçün şox qiy­mətli olan kişi kimi gələcəkdir! Nəhayət, Prezidentin sözü onun mötəbər imzasıdır.

Quruculuq anlamı 

Bu məqam andiçmə mərasiminin bütün anlamlarının təmələində dayanır. Çünki Prezident İlham Əliyevin bütün uğurları konkret quruculuq prosesi ilə bağlıdır. Bu mənada andiçmənin hər bir incə məna çaları Prezidentin yeni tarixi mərhələdə hər an həyata keçirəcəyi qu­ruculuq faktlarında öz rəmzi ifadəsini və duyğusal-mənəvi coşqusunu tapacaqdır. Artıq biz “müstəqil dövlət quruculuğunun İlham Əliyev təcrübəsi” fikrini qətiyyətlə deyə və onu müxtəlif aspektlərdə təhlil edə bilərik! 

Bu quruculuq möhtəşəm nəticələrlə reallaşacaqdır. İlham Əliyevin seçki plat­formasında ifadə etdiyi strateji xarakterli vəzifələrin işığında bunu aydın görə bilə­rik. Orada müasir güclü dövlət və güclü cəmiyyətin qurulması üçün bütün müd­dəalar yer almışdır! Həmin müddəalar yaxın perspektivdə Azərbaycan dövlətçili­yini çox böyük uğurlar və nailiyyətlər göz­lədiyini ifadə edirlər. 

Bu prosesdə cəmiyyətin, hər bir vətəndaşın üzərinə də böyük məsuliyyət düşür. Prezidentə öz fəallığımızla, dövlət­çi əməllərlə, milli təfəkkürlə bəşəri mədə­ni dəyərlərin harmoniyasına nail olmaqla, yüksək təhsilli, dilinə, dininə və mədə­niyyətinə yüksək sayğısı olan insan kimi dəstək verməliyik. Quruculuq kollektiv iş­dir. Lider onun memarı, müəyyənedicisi, strateji təşkiledicisi və bütün mənalarda aparıcısıdır.

Prezidentimiz xalqımızın indiki etima­dının cavabında yenidən And İçdi! Yaşa və yarat cənab Prezident! Yaşa və yarat ki, Azərbaycanın müstəqil güclü dövlətçi­liyi daim yüksək zirvələrdə olsun! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru



Siyasət