Aİ rəsmisinin ermənipərəst iddiaları

post-img

Fevralın 13-də Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsi məlu­mat yayıb.

“Ali nümayəndə Cozep Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qa­zandırması, Ermənistanın hər­bi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrike­dici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.

Azərbaycan tərəfindən təx­ribata cavab olaraq atılmış ad­dımlar tam adekvat və lokal xa­rakterli idi. 

Azərbaycanın Qarabağ iq­tisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlə­rin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın əra­zisi olan bu bölgəyə münasibət­də “Dağlıq Qarabağ” kimi möv­cud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azər­baycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərə­finə yaxşı məlumdur.

Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şura­sının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nü­mayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasın­da uçurum yaradır”, - məlumat­da qeyd edilib.

XQ

Son xəbərlər