Rusiyalı diplomatla regionda sülh prosesi müzakirə olunub

post-img

Xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb. 

Görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son hadisələr, eləcə də regional məsələlər müzakirə olunub.

Ermənistanın Azərbaycan hərbi qulluqçusunun ya­ralanması ilə nəticələnən son hərbi təxribatlarının son aylarda hökm sürən sabitliyə və ümumilikdə Azərbay­can-Ermənistan normallaşma prosesinə zərbə vur­maq məqsədi daşıdığı diqqətə çatdırılıb.

XQ

Son xəbərlər