Rusiyalı politoloq: Ermənistan Konstitusiyası saatlı bombadır

post-img

Türkiyə və Azərbaycanla münasibətləri inkişaf etdirmək üçün, ilk növbədə, Ermənistan konstitusiyası Qarabağa “birləşmə” ideyasından uzaq olmalıdır. Düzünü desək, Qarabağla “birləşmək” ideyası saatlı bomba kimidir.

Bu sözləri rusiyalı politoloq Konstantin Kalaçev Ermənistan mətbuatına müsahibəsində deyib.

“Ermənistan konstitusiyası mövcud vəziyyətə uyğun olmalıdır. Əkş təqdirdə, Nikol Paşinyan və başqası üçün vəziyyət heç nə yaxşılığa doğru dəyişməyəcək. Konstitusiyanın dəyişdirilməsi faktiki olaraq Ermənistan ətrafında vəziyyəti normallaşdırmaq üçün bir vasitədir”, - deyə politoloq bildirib.

Rizvan FIKRƏTOĞLU
XQ

Siyasət