Prezident İlham Əliyev Azərbaycanın siyasi arxitekturasında əsas fiqur olaraq qalır – Rəy

post-img

2024-cü il fevralın 7-si həm cənab İlham Əliyev inamlı qələbə qazanaraq yenidən prezident seçildi. Bu, İlham Əliyevə Azərbaycan xalqının davamlı dəstəyindən xəbər verir.

Bu fikirləri “XQ”-yə açıqlamasında beynalxalq əlaqələr üzrə analitik Masil Dəmirov dedi.

“Əsaslı siyasi xəttə uyğun olararaq, cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz həyatın bütün sahələrində sabitlik qazanıb, ölkədə iqtisadi inkişaf, infrastruktur layihələri və sosial proqramların dəstəklənməsi sahəsində mühüm irəliləyişlər əldə olunub. Prezident İlham Əliyev iqtisadi artımın əsas komponenti kimi infrastrukturun inkişafını ciddi nəzarətdə saxlayır. Yollar, hava limanları, dəmir yolları və enerji obyektləri kimi infrastruktur layihələrinin davam etdirilməsi ölkənin rəqabət qabiliyyətini artırır”, - deyə Masil Dəmirov vurğuladı.

Analitik bildirdi ki, Prezident İlham Əliyevin seçkilərdə parlaq qələbə qazanması Azərbaycanın xarici siyasət fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb edir: ”Digər ölkələrlə strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi beynəlxalq aləmdə dövlətimizin mövqeyini daha möhkəmləndirərək, nüfuzunun artırılması və regional problemlərin həllində ciddi müsbət perspektivlər vəd edir. Cənab İlham Əliyevin qələbəsi Azərbaycanla digər ölkələr, beynəlxalq təşkilatlar arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcək. Cənab Prezident korrupsiyaya qarşı mübarizənin, asayişin möhkəmləndirilməsinin tərəfdarıdır. Bu sahələrdə səylərin davam etdirilməsi əlverişli investisiya mühiti yarada, dövlət idarəçiliyinin səmərəliliyini artıra və əhalinin dövlətə etimadını daha da gücləndirə bilər. Bu, ticarət-iqtisadi əlaqələrin artmasına və ölkəyə investisiyaların çoxalmasına səbəb ola bilər”. 

Ekspert vurğuladı ki, İlham Əliyev Azərbaycanın siyasi arxitekturasında əsas fiqur olaraq qalır. Onun növbədənkənar prezident seçkilərində qələbəsi nəticəsində ölkə yeni çağırışlar və pespektivli imkanlarla üzləşir və bu, ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayacaq.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət