Növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyən xalqımız bütövləşmiş Azərbaycanın sonrakı inkişafında yeni səhifə açdı. İndi bu qələbə yalnız ölkə hüdudlarında yox, dünyanın hər yerində yaşayan həmyerlilərimiz tərəfindən də böyük coşğu ilə qeyd olunur. Beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı ilkin rəyləri də müsbətdir. Onlar seçkilərin demokratik normalara uyğun keçirildiyini bəyan edirlər. Avropa və dünya standartlarına uyğun keçirilən azad, ədalətli, demokratik seçki dünyaya Azərbaycan xalqının növbəti mesajı idi.
Azərbaycan xalqının iradəsini əks etdirən prezident seçkiləri Azərbaycan xalqının İlham Əliyevə olan inamını və etimadının bir daha təsdiq etdi. Seçicilərin göstərdiyi fəallıq və seşki mədəniyyəti gələcək uğurlarımızın təntənəsi olmaqla Vətənimizin çiçəklənməsinə, ölkəmizin gələcək inkişafına verilən səs oldu. Xaricdə yaşayan həmvətənlərimiz nə düşünür?
Türkiyədə azərbaycanlı alimlərin seçki səfərbərliyi
Ankara, Türkiyə. Qardaş Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar da 7 fevral seçkilərində fəallıqla iştirak etdilər. Seçkilərdə seçicilərin mütləq əksəriyyətinin cənab İlham Əliyevi dəstəkləməsi ötən illərin uğurları və mükəmməl nəticələrinin göstəricisi oldu. Bu barədə fikirlərini Türkiyədəki Azərbaycanlı Elm Adamları Dərnəyinin təşəbbüs qrupunun üzvü, Bilkənd Universitetinin professoru Əmirulla Məmmədov bizimlə bölüşür. O, qeyd edir ki, seçkilər Türkiyədə yaşayan azərbaycanlı ziyalıların da xüsusi fəallığı ilə müşayət olundu. Türkiyə cəmiyyəti seçki, sandıq məsələsində heç vaxt güzəştə getməyib və uzun illərdir yaşadığımız ölkənin bu nümunəsindən faydalanmaq bizim də borcumuzdur.
Hələ 2024-cü ilə qədəm qoyduğumuz günlərdə bilirdik ki, ölkəmizin işıqlı gələcəyini təyin edən hadisələrə şahiqlik edəcəyik. Bu sırada Azərbaycan Respublikası Prezidentliyinə növbədənkənar seçkilər xüsusi yer tutdu və azərbycanlı alimlər dogma Vətənimizin bir parçası olaraq, seçkilərdə bir nəfər kimi iştirak etdilər.
Seçki təbliğatı dövründə Türkiyənin müxtəlif şəhərlərindən aldığım mesajlar, telofon zəngləri bunun təsdiqi idi. Egey Universitetində çalışan məşhur professor Afiq Bərdəlinin mənim çağrışlarıma cavab olaraq göndərdiyi “Dünya xalqlarına bizim də bir bütöv olduğumuzu göstərmək üçün bu seçki bir fürsətdir. Hər kəsin məntəqəyə gedib səs verməsi vətəndaşlıq borcumuzdur, amma ətrafımızdakıların da seçkidə iştirakını təmin etməli və hər kəsdən iştirakını tələb etməliyik” çağırışı, həm də səfərbərliyimizə çağırış oldu.
Türkiyədə yaşayan azərbaycanlı alimlər seçkilərdə aktiv iştirak etdilər. Harada yaşamağımızdan asılı olmayaraq, ürəyimiz, qəlbimiz daim Vətənimizlə döyünür. Təbii ki, biz Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşları bu ölkədə səs verdik. Amma bizim hər birimiz özümüzü ruhən Şuşada, Xankəndidə, Xocalıda, Laçındakı seçki məntəqələrində hiss etdik. Seçki öncəsi aparılan təbliğat, qardaş ölkənin KİV-də, radio və televiziyalarında çıxış edən ziyalılarımızın mövqeyi qəhrəman xalğımızın mövqeyi ilə ust-üstə düşdü. Təmsil etdiyim Azərbaycanlı Alimlər Dərnəyinin təşəbbüs qrubu İlham Əliyevə səs verməklə Azərbaycanın gələcəyinə səs verdi.
Bostonda bayram təntənəsi
Boston, Amerika. Azərbaycan xalqı növbəti bir sınaqdan da üzüağ çıxdı. Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmiş müşahidə missiyasının nümayəndələri seçkilərin demokratik və şəffaf şəraitdə keçirildiyini vurğulayırlar. Bu bizim üçün xoş xəbərdir. Daha böyük bir xoş xəbərsə seçkilərdəki seçici fəallığı və Azərbaycan xalqının İlham Əliyevi yenidən prezident seçməsidir. Bu xalqınızın inkişaf və tərəqqi yolunda irəliyə atdığı yeni addımdır, deyən ABŞ-ın Boston şəhərində yaşayan Nərgiz Məmmədova sevincini gizlətmir.
Boston Tifts Medikal Mərkəzində biokimyaçı vəzifəsində çalışan Nərgiz xanım qeyd edir ki, seçki təntənəsi burada yaşayan azərbaycanlılar üçün də bayramdır. Vətəndən çox uzaqlarda olsaq da, ürəklərimiz Azərbaycanda-döğma vətəndə idi. Doğma torpaqlarımıza qayıdan soydaşlarımızın illərlə həsrətində olduqları məkanlara qayıdışını, həmyerlilərimizin böyük ruh yüksəkliyini görmək arzularımızın həqiqətə çevrilməsi idi. Müstəqilliyimizi əldə etdikdən sonra ilk dəfə olaraq bütün suveren Azərbaycanda, habelə işğaldan azad edilmiş şəhər və rayonlarımızda keçirilən növbədənkənar prezident seçkilərini həyacanla izləyir və nəticələri səbirsizliklə gözləyirdik.
2020-ci ildən sonra Azərbaycandan aldığımız bu kimi şad xəbərlərin hər biri bizi o qədər ruhlandırır ki, soyuq Bostonda bunu hərarətlə qarşılamamaq mümkün deyil. Seçki gününün sonunda axşam saatlarında "exit-poll" nəticələrinin açıqlanmasından sonra aldığımız məlumatlar hər birimizdə bayram əhvalı yaratdı. Qədirbilən xalqımız ümummilli dərdimiz olan Qarabağ problemini həll edən, erməni separatizminə son qoyan Müzəffər Ali Baş Komandanını mütləq səs çoxluğu ilə qalib etməklə milli həmrəyliyə sədaqətini və Prezidentinə sonsuz etimadını bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Səsvermədə qazanılan qələbə Xalq-Lider birliyinin Azərbaycanı bundan sonra da yeni nailiyyətlərə və uğurlara doğru aparacağını təsdiqlədi. Qalib xalq,qalib liderini seçdi. İlham Əliyevin seçkidəki qələbəsini qeyd etmək burda yaşayan azərbaycanlılar üçün bayram təntənəsi yaratdı. Bu münasibətlə keçirdiyimiz mərasim bayram ovqatında keçdi. Milli müsiqi və mahnılarımızın da səsləndirildiyi şənlikdə iştirak edən amerikalı qonaqlar, eləcə də burada yaşayan Banqladeş, Rusiya, Ukrayna, Bolqarıstan, İran, Türkiyə, Çin və başqa ölkələrdən gələn nümayəndələr sevincimizə şərik oldular.
Qeyd edək ki, ABŞ-nin tarixi şəhərlərindən biri və Massaçusets ştatının paytaxtı olan Boston bölgənin iqtisadi və mədəni mərkəzi sayılır. 80-dən çox universitet və kollecin olduğu şəhərdə azərbaycanlılar da var. Dünyanın iki ən yaxşı universiteti - Massaçusets Texnologiya İnstitutu və məşhur Harvard Universiteti Bostonun yaxınlığında yerləşir. Bu tarixi şəhərdə yaşayan soydaşlarımız keçirdilkləri mərasin və toplantılarda dəfələrlə Azərbaycana dəstəklərini nümayiş etdiriblər.
Seçkinin nəticələri bizi çox sevindirdi
Tbilisi, Gürcüstan. Seçkilərdə yüksək əzmkarlıq nümayiş etdirən Azərbaycan xalqı yekdilliklə Azərbaycanın güclü və alternativsiz liderinə - İlham Əliyevə səs verməklə bizi də sevindirdilər. Bu Azərbaycan dövlətçiliyinə, ölkəmizin uğurlu gələcəyinə, davamlı inkişafa, sabitlik və əmin-amanlığa səs vermək idi. Bunu müsahibiliz olan Gürcüstan Azərbaycanlıaları Ağsaqqallar Şurasının sədri İsak Növruzov deyir və davam edir:
- Keçən ilin sentyabrında başladılan, uğurla başa çatdırılan, 23 saata qədər davam edən antiterror əməliyyatının ardından başlanan yeni dövrün realıqları içtimai-siyasi həyatımızın yeni gündəmini yaratdı. Azərbaycanın müstəqillik tarixində ilk dəfə idi ki, seçkilər ölkənin bütün ərazisində keçirildi. Bu, çəmiyyətin tarixində fövqəl bir hadisədir. Bu siyasətin davamı kimi bu gün Azərbaycan dünyada layiqli olduğu yerdədir, beynəlxalq siyasətin koordinasiya sistemində mühüm rol oynayır, məqsədyönlü siyasət aparır, dünyada enerji resurslarının etibarlı təchizatçısı, qarantı kimi çıxış edir. Bunlar xalqımızın şəriksiz lideri Prezident İlham Əliyevin tarixi xidmətləridir.
2024-cü il fevralın 7-də Azərbaycan xalqı öz konstitusiya hüququndan istifadə etdi, bu seçkidə fəal iştirak edərək, səs verərək güclü Azərbaycan üçün İlham Əliyevi seçdi. Gürcüstanda yaşayan bütün azərbaycanlılar üçün bundan şad xəbər ola bilməzdi. Bu şərəfli və layiqli qələbədən Gürçüstanda yaşayan bütün azərbaycanlılara pay düşür. Bu münasibətlə üz tutduğumuz ilk ünvan Tibilisidəki Azərbaycan Səfirliyi oldu. Son dövrlərdə səfirliyin gördüyü işlər və həyata keçirdiyi tədbirlər Gürçüstandakı mövqelərimizin mökəmlənməsi, Azərbaycanın bizlərə olan diqqətinin nişanəsidir.
Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi, tərəqqisi, rifahı və ali məqsədlərimizin reallaşdırılması yolunda bütün işlərdə davamlı nailiyyətlər deməkdir. Əminik ki, Azərbaycan bundan sonra da əmin-amanlıq şəraitində inamlı inkişaf yolu ilə irəliləyəcək, yeni-yeni uğurlara imza atmaqla Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik, qətiyyətli və uzaqgörən siyasəti ilə Cənubi Qafqazın həmişə ən qüdrətli dövləti olacaq.
...İlkin nəticələrə görə, Prezident İlham Əliyev 92 faizdən çox səslə qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, İlham Əliyev 4 milyon 281 min 625 (92,05) səslə liderdir. Yekun nəticələr bir neçə gün sonra açıqlanacaq və təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Məhkəmə seçkilərin nəticələrini təsdiq etdikdən sonra İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.
XQ