MSK katibi: 6524 ədəd seçki bülleteni çap edilib

post-img

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Nəzərdə tutulan seçki bülletenlərinin böyük əksəriyyəti çap edilib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ümumilikdə 6524 seçki bülleteni çap edilib. Bu da seçicilərin ümumi sayından 3 faiz çoxdur. Seçki bülletenləri bütün dairə və seçki məntəqə komissiyalarına eyni qaydada göndəriləcək.

“Artıq Naxçıvan Muxtar Respublikası və işğaldan azad edilmiş ərazilərdə yerləşən məntəqələri təmsil edən dairə seçki komissiyalarının təmsilçiləri bülletenləri təhvil götürmək üçün dəvət olunublar. Hesab edirəm ki, proses uğurla başa çatacaq. Seçki gününə kimi bütün dairələr seçki bülletenləri ilə təmin olunacaqlar", - deyə MSK katibi vurğulayıb.

Siyasət