Ruben Rubinyanın növbəti düşmənçiliyi

post-img

Ermənistanın Avropa Şurasının Parlament Assambleyasında ölkəmizə qarşı növbəti düşmənçilik addımları bu ölkənin sülh və dialoqda maraqlı olmadığını bir daha nümayiş etdirib.

Yanvarın 24-də AŞPA-da Azərbay­can nümayəndə heyətinin etimadnamə­sinin təsdiqləməməsinə ən çox çalışan nümayəndə heyəti elə Ermənistan parlamentinin vitse-spikeri və Ermənis­tan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən olan Ruben Rubinya­nın rəhbərlik etdiyi heyət olub.

Daim sülh və dialoqdan danışan Rubinyan bu çirkin, məkrli kampaniya və addımları ilə sübut edib ki, onun böl­gədə sülhün, dialoqun yaradılmasına çağırışlarının heç bir əsası yoxdur.

XQ

Siyasət