Sülh gündəmindən Azərbaycan əleyhinə kampaniyaya

post-img

Puşkinin dahiliyi, ayının min oyunu və “ölüyə” süni nəfəs

Ayının min oyunu bir armudun başındadır. Hazırda Azərbaycana qarşı beynəlxalq miqyasda aparılan total kampaniya bu atalar misalımızın məna çalarları barədə düşünməyə vadar edir. 

Əslində, 2024-cü ilin ilk ayında ya­şananlar qəribə durum formalaşdırır. Sanki sonxronlaşmış, koordinasiya edilmiş anti-Azərbaycan oyunu gedir. Fransa Senatının qətnaməsi, Avropa Şurası Parlament Assambleyası müstə­visində baş verənlər, Avropa İttifaqının yolverilməz yanaşmaları, Avropa Parla­mentində ölkəmizi hədəfə alan diskus­siyalar... 

Bir sözlə, kollektiv Qərbin Avropa seqmentinin aktivləşməsini görürük. Bu proses fonunda okeanın o tayın­dakılar sakitdirlər. Hadisələri kənardan seyr etməklə kifayətlənirlər. Axı indi “növbə” onların deyil... Avropanın necə oynamasına tamaşa edirlər. Bilmək olmaz, bəlkə “konsultativ dəstək” də göstərirlər. Hər halda, ayının armuda əl yetirməsini arzulayırlar. Armud nədir, ondan söz açacağıq. 

Ancaq əvvəlcə onu bildirək ki, hələ 2023-cü il başlayanda bir sıra siyasi ekspertlər və analitiklər cari ilin Cənubi Qafqaza sülh gətirəcəyini vurğulayırdı­lar. Müxtəlif fikirlər səsləndirirdilər. Azər­baycanla Ermənistan arasında bir sıra gərginliklərin yaşanmasına, ən əsası isə sentyabrın 19-20-də əsil müharibə şəraitinin mövcudluğuna, Azərbaycanın Silahlı Qüvvələrinin həmin tarixdə həya­ta keçirdiyi lokal xarakterli antiterror təd­birlərinin Ermənistanda, müəyyən mə­nada, barışmaz ab-hava doğurmasına baxmayaraq da eyni fikri dəstəkləyən­lərin olduğunu görə bilirdik. Onlar hətta 2023-cü ilin dekabrında da Bakı-İrəvan sülh razılaşmasının əldə olunacağına münasibətdə nikbin ovqat bəsləyirdilər. Lakin gözlənilənlər özünü doğrultmadı. Belədə ümidlər 2024-cü ilin yanvarına qaldı. 

İlk baxışdan, hər şey aydın idi. Azər­baycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün han­sısa maneə yoxmuş kimi gəlirdi. Bəzi prinsipial anlaşılmazlıqların qalmasına rəğmən, bunu İrəvan rəsmiləri də dilə gətirirdilər. Lakin indiki durum tamam fərqli mənzərədən xəbər verir. Mən­zərənin ana xəttini isə əvvəldə haqqın­da söz açdığımız anti-Azərbaycan kam­paniyası təşkil edir. 

Qeyd edək ki, əvvəllər Ermənista­nın danışıqlar prosesində manipulyativ mövqe tutduğunu görürdük. Əslində, həmin manipulyasiyaların 2024-cü il başlayar-başlamaz yenə gündəmə gəldiyinin şahidi olduq. Məsələ bura­sındadır ki, əvvəllər bu meyil sırf İrə­vanın düşüncə məhsulu kimi meydana çıxırdısa, artıq fərqli nüanslar ətrafında düşünməyə ehtiyac yaranıb. Görünür, “meydanda tək qalan döyüşçü deyil” məntiqi işə salınıb. Ona görə də Fransa Senatı, AŞPA, Avropa İttifaqı, Avropa Parlamenti “hərəkətə keçib”. Yəni, ayı­nın armudu dərməsinə dəstək göstər­məyə girişiblər.

Bəli, armud sülh müqaviləsidir. İn­diki halda ayı Qərbin ermənipərəst dairləridir. İstəkləri sülh müqaviləsini “yeməkdir”, sənədin imzalanmasına yol verməməkdir. Əvvəldə barəsində söz açdığımız sinxronluq və koordinasiya edilmiş fəaliyyət də bundan qaynaqla­nır. “Fəaliyyətin” Fransa və Almaniya kimi konkret oyunçuları var. Oyunçular Azərbaycanın beynəlxalq ictimaiyyətin gözündən salınması kursunu götürüb­lər. Təsəvvür edin, Bakı hazırda nə işlə məşğul olmalıdır, ancaq nəyə qol çır­mayıb? Ölkəmiz Qərbin iftiralarına ca­vab verməyə vaxt sərf edir. Daha doğ­rusu, sülh üçün ayırmalı olduğu zamanı və enerjini buna xərcləyir. 

Mövcud durumda Ermənistan tərə­findən səslənməkdə olan bəyanatlar isə sülhün “başına” çuval keçirməkdir. Hazırda İrəvan tam sərbəstdir. Özünə qarşı heç bir müqavimət hiss etmir... Təsəvvür edin ki, Ermənistanın AŞ­PA-da ölkəmizə qarşı növbəti düş­mənçilik addımlarını idarə edən şəxs ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyandır. O Rubinyan ki, Ermənis­tan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən biridir. Onu da yada salaq ki, bu məxluq daim sülh və di­aloqdan, normallaşmadan danışırdı. Deməli, saxta səmimiyyətlə maskala­nırdı. Sual vermirik ki, o, ara səngiyən­dən sonra hansı üzlə qaldığı yerdən davam edəcək? Çünki ermənidir, min sifətlidir. Bu yerdə, istər-istəməz, yada böyük rus şairi Aleksandr Puşkinin söz­ləri düşür: sən köləsən, sən qulsan, sən ermənisən!

Bəli, kollektiv Qərbin Avropa seq­mentinin başlatdığı anti-Azərbaycan oyununda məqsəd bəllidir – Azərbay­can-Ermənistan sülh prosesinə zərər vurmaq, onu tamamilə sıradan çıxar­maq, pozmaq. Bu cinah paralel olaraq, Azərbaycan xalqının iradəsini heçə saymaq niyyətinə köklənib. Ölkəmizdə fevralın 7-də keçiriləcək Prezident seç­kiləri barədə mənfi rəy formalaşdırmaq, prosesin əhəmiyyətsizliyinə dair görün­tü yaratmaq da eyni planın tərkib hissə­sidir. Bir sözlə, Azərbaycanı hərtərfli sıx­mağa girişiblər. Yaxşı bilirlər ki, ölkəmiz seçkidən sonra yeni inkişaf mərhələ­sinə qədəm qoyacaq. Gözəl anlayırlar ki, o zaman dövlətimiz öz prinsiplərini daha qətiyyətlə irəli sürəcək. Reallıqları görürlər...

İstəkləri budur ki, dünya miqyasında ölkəmizə qarşı neqativ münasibət for­malaşsın. Formalaşsın ki, beynəlxalq ictimaiyyət sülh prosesi ilə bağlı haqlı tələblərimizə qarşı çıxmaq immunite­ti qazansın. Hər şey buna hesablanıb. Ona hesablanlıb ki, Ermənistan Cənubi Qafqaz müstəvisində üstünlüyə yiyələn­sin. Heç olmasa, vaxt udsun. 

Hesab edirlər ki, İrəvan vaxt udub güclənəcək və onun köməyi ilə Cənubi Qafqaz müstəvisində itirilmiş mövqelə­rini bərpa edəcəklər. Çalışdıqları yalnız və yalnız budur və qəti şübhə yoxdur ki, Ermənistan bir qədər güclü olsa, Azərbaycanın beynəlxalq platformada məşğul duruma düşdüyü indiki dönəm­də ölkəmizə qarşı hücuma keçər. O za­man “ssenari” tam gerçəkləşmiş olar. Təxminən belə: Demokratik Ermənistan “anti-demokratik Azərbaycan” üzərinə yeriyir ki, məzlum Qarabağ ermənilərini öz dədə-baba torpaqlarına qaytarsın. Pafos pafos dalınca sıralanar. Onsuz da işləməyən beynəlxalq hüquq isə yerin dibinə soxular. Dünyanın ikiüzlü media orqanları da reportajlar yayımlayarlar ki, guya, qəhrəman erməni xalqı öz haqqı uğrunda savaş aparır və sair ilaxır. 

Ancaq bunu edə bilmirlər. Potensi­alları yalnız sabun köpüyü və ucuz po­pulizm şousu yaratmağa çatır. Sadəcə vaxtı uzadırlar. Ermənistanı güc- bəla ilə ayaqda tuturlar. Tutsunlar, görək “ölü­nü” nə zamanadək süni nəfəs aparatın­da saxlayacaqlar! Görək, Ermənistanın spekulyasiyalarına dəstək vermələri nə qədər sürəcək! 

Hazırda AŞPA-da təmsil olunmuruq. Lazım gəlsə, Avropa Şurasından da çıxarıq. Bunu dünən yüksək səviyyədə də bəyan etdik. Yəni, göstərdik ki, heç bir təzyiqdən çəkinmirik. Buyursunlar! Əllərindən nə gəlirsə, etsinlər. Amma sonra bizdən inciməsinlər, ağlaşma qurmasınlar. Əgər ləyaqətləri varsa, düşünsünlər və nəzərə alsınlar ki, özü yıxılan ağlamaz.

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət