“Le Point”in “Qaçılmaz müharibə”si

post-img

Yaxud Fransanın Ermənistanda yaratmaq istədiyi vahimə

Sən demə, Azərbaycan Ermənistanın cənub sərhədlərinə hücuma hazırlaşır­mış. Bu sərsəm iddianı bir neçə gün əvvəl fransız nəşri olan “Le Point” jurnalı gündəmə gətirib. Özü də Ermənistan–Azərbaycan sərhədindəki vəziyyətlə bağlı “Qaçılmaz müharibə” başlıqlı reportajında. 

İlk növbədə, məqalənin sərlövhə­sinə və Azərbaycanın hücumu mən­tiqinə diqqət yetirək. Məlum olduğu kimi, bu kimi iddialar son günlər Ermə­nistan cəmiyyətində geniş şəkildə ya­yımlanır. Ölkə iqtidarı isə sanki onların tirajlanmasında katalizator funksiyasını yerinə yetirir. Görəsən, məqsəd sadə erməniləri qorxu və təlaş içində sax­lamaqdırmı? Məlumdur ki, 44 günlük müharibədən sonra ermənilərdə qorxu hissi onsuz da var. Bəs, nə üçün, belə demək mümkünsə, qorxunun damarına basılır?

 Birincisi, Ermənistan hakimiyyəti avantürizmindən əl çəkmir. Nəzərə alaq ki, avantürizmin xarici qaynaqları da var. Bu baxımdan “fəaliyyətinə” diqqət yetirilməli ölkə isə məhz Fransadır. İrə­van Parisin direktivlərini yerinə yetirmək­lə, qeyri-konstruktiv mövqe tutmaqda, Azərbaycanla sülh prosesini əngəlləyir və mövcud istiqamətdəki barışmazlıq xətti yeni müharibə perspektivi doğurur. Deməli, indiki halda erməni cəmiyyəti­ni Azərbaycanın hücumu ilə qorxutmaq lazımdır. Lazımdır ki, qorxu müqavimət hissinə çevrilsin. 

İkincisi, Azərbaycanın Ermənista­na hücum məntiqi, bir qayda olaraq, Azərbaycan tərəfindən səslənmiş bə­yanatlardan sonra dövriyyəyə girir. Bakı reallıqları vurğulayır, prinsipial və haqlı baxışlarını ortaya qoyur, obyektiv tələblə­rini səsləndirir, İrəvanda isə bütün bunla­rın işğal xəbərdarlığı olduğu deyilir. Təbii ki, məsələnin belə yolverilməz qoyuluşu aşkar manipulyasiyadır, həqiqətlərin təh­rifinə yönəlmiş siyasi təxribatdır. 

Bəli, Fransanın “Le Point” jurnalı da aşkar təxribat əməli ilə məşğuldur. Təxri­batın hədəfləri barədə söz açmazdan əv­vəl bildirək ki, sözügedən nəşrin məqalə­sində Qarabağın Azərbaycan Ordusu tərəfindən, guya, işğal olunduğu bildirilir. Əlbəttə, məsələnin qoyuluşunun bey­nəlxalq hüquq prinsiplərinə tam zidd ol­duğunu vurğulamaq niyyətindən uzağıq. Çünki fransız siyasi dairələrinin, həmçi­nin, media orqanlarının təməl prinsiplərə əhəmiyyətsiz və etinasız yanaşacaq qə­dər azğın mahiyyətə kökləndikləri aşkar­dır. Eləcə də yüz mindən çox Qarabağ ermənisinin öz doğma torpağını məc­burən tərk etməsi kimi cəfəng məntiqdən də təəccüblənmirik. Başlıca məqam pri­mitivlikdədir. 

Təsəvvür edin ki, o boyda ölkənin tanınmış nəşri bir keçmiş müharibə ve­teranının fikirlərinə nəzərən Azərbay­canın Ermənistanın üzərinə hücuma keçəcəyinə dair fikirlər tirajlayır. Hələ digər müharibə veteranı da “danışdırılır” və Gevorq adlı həmin şəxs, öz aləmin­də, vətənpərvərlik duyğularına güc verir: “Qorxu ölüb, Ermənistan isə diridir”.

Göründüyü kimi, fransız nəşri, Fran­sa hökuməti kimi illüziya yaratmaqla məşğuldur. Aşkar görünür ki, Parisin si­yasi dairələrinin tapşırığını yerinə yetirən jurnal qızışdırıcı mövqe tutmaqdadır. Bu mövqenin daha bir təzahürü “Le Point”un məqaləsində yer almış və Ermənistan­dakı Qarabağ erməniləri ilə söhbəti əks etdirən məqamlardan aydın görünür. Diqqət yetirək, yazıda bildirilir: “Bu adam­ların (Qarabağdan köçkün düşmüş ermə­nilərin - red) qəzəb və müqavimətlərini görmək üçün erməni dilini bilmək lazım deyil”. 

Bəli, “Le Point” təkcə ermənipərəstlik etmir. Jurnal, eyni zamanda, Fransanın hakimiyyət dairələrinin anti-Azərbaycan sifarişlərini yerinə yetirir. Bəs hazırkı dövr üçün bu sifarişlərin məqsədi nədən ibarətdir? Əlbəttə, ilk məqsəd ölkəmizi gözdən salmaqdır. Gözdən salmaq və Azərbaycanın qəddar obrazını formalaş­dırmaq, dünyada ölkəmizə münasibətdə antipatiya yaratmaq. 

Digər tərəfdən, Fransanın Ermənis­tanı silahlandırdığı məlumdur. Hazırda Paris bu əməlini, bir növ, legitimləşdir­məyi düşünür. Yəni, göstərmək istəyir ki, İrəvana silah-sursat yardımı ermənilərin Bakının zülmündən xilası üçündür. Azər­baycanın Ermənistana hücum edəcəyinə dair fikrin qabardılmasındakı başlıca niy­yət də məhz budur. 

Deməli, Fransa Ermənistanı güc­ləndirməyə davam edəcək. “Le Point” jurnalının saxta sentimentallığa söykən­miş məqaləsindəki ayrı-ayrı fikirlər də deyimin təsdiqidir. Əlbəttə, strateji hədəf Ermənistanın Azərbaycana qarşı hücu­ma keçəcək qədər güclənməsinə nail ol­maqdır. Bir sözlə, Cənubi Qafqazda sülh mühitinin qərarlaşmasına yol verməmək. Nəzərə alaq ki, regionda sülh Fransının qlobal maraqlarını təmin edilməmiş sax­layan perspektiv vəd edir. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət