Leonid Anfimov: Missiyamızın məqsədi seçkilərin demokratik şəraitdə keçməsinə kömək etməkdir

post-img

Azərbaycan mühüm hadisəyə - növbədənkənar prezident seçkilərinə hazırlaşır. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşümüz konstruktiv şəraitdə keçdi, bir çox məsələlərlə bağlı fikir mübadiləsi apardıq.

Bu fikirləri MDB Baş katibinin birinci müavini Leonid Anfimov yanvarın 17-də MDB nümayəndə heyətinin Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində səsləndirib.

Müşahidəçi qismində dəvətə görə təşəkkürünü bildirən MDB rəsmisi görüşdə müşahidəçi kimi onların üzərinə düşən vəzifələr barədə də danışıldığını qeyd edib.

“MDB nümayəndə heyətinin Azərbaycanda keçirilən seçki prosesi ilə bağlı kifayət qədər təcrübəsi vardır. Təbii ki, bu təcrübə budəfəki seçkilərdə bizim köməyimizə gələcək. Müşahidəçilər missiyasına qurumun Baş katibi Sergey Lebedev rəhbərlik edir.

Missiyamızın məqsədi Azərbaycanda növbədənkənar prezident seçkilərinin demokratik şəraitdə keçməsinə kömək etməkdir”, - deyə MDB-nin rəsmisi diqqətə çatdırıb.

Siyasət