Prezident İlham Əliyevin  Sankt-Peterburq səfəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir

post-img

Cari ilin 6 dekabr tarixində Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakı kifayət qədər uğurlu keçdi.  Prezident İlham Əliyevin Sankt-Peterburqa uğurlu səfəri Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. 

Bu səfər çərçivəsində təşkilatın gördüyü işlərə yekun vurulub, həmçinin, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan üçün bu səfər bir neçə önəmli məqamlarla yadda qaldı. Dövlət başçıları birlikdə nahar etdilər, sonra Dövlət Akademik Mariinski Teatrda "Şelkunçik" baletinə baxdılar. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin, ehtiramın əlamətidir. O cümlədən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. 

Qeyd edək ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşü oldu. Bu görüş çərçivəsində münaqişənin tənzimlənməsi ilə əlaqədar fikir mübadiləsi aparıldı. İlk növbədə, atəşkəsin qorunub saxlanması və dövlət başçıları səviyyəsində təmasların baş tutması ilə bağlı mövqelər ifadə edildi. Lakin bu, qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. Prezident İlham Əliyev N.Paşinyanla görüş zamanı girovların qaytarılması ilə bağlı məsələni bir daha gündəmə gətirdi və qeyd etdi ki, bu, "hamının hamıya" prinsipi əsasında baş tutmalıdır, həmçinin, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.

Prezident İlham Əliyev qeyd edib ki, o cümlədən Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda iclası keçirildi. Həmin iclas çərçivəsində məlum oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belarus nümayəndəsi rəhbərlik edəcək. Bu da Ermənistanın növbəti diplomatik məğlubiyyətidir. Paşinyan ciddi-cəhdlə çalışırdı ki, bu məsələdə öz istəyinə nail olsun, lakin növbəti dəfə Ermənistan diplomatiyası məğlubiyyətə uğradı. 

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 



Siyasət