Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova və müavini Aytən Muradovadan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident.

Sizi Fransada yaşayan azərbaycanlılar, o cümlədən Lion şəhərində fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbərliyi və bütün üzvləri adından doğum gününüz münasibətilə təbrik edirik. Siz adı tarixə qızıl hərflərlə yazılan sərkərdəsiniz. Otuz ilə yaxın müddətdə işğal altında qalmış Qarabağımızı Azərbaycan xalqına qaytardınız, müasir tariximizdə unudulmaz zəfərə imza atdınız. Bu il Qarabağın digər ərazilərinin də azad edilməsi və beləliklə, suverenliyimizin tam təmin edilməsi ili kimi daim xatırlanacaq. Buna görə Sizə minnətdarıq. Siz Azərbaycanın həll edilməsi çox çətin görünən böyük bir problemini birdəfəlik olaraq həll etdiniz və beynəlxalq arenada dövlətimizin mövqeyini daha da möhkəmləndirdiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Siz Prezident kimi fəaliyyətinizin ilk günündən dövlətimizin gücünə güc qatdınız. Biz, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlılar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Biz birlikdə güclüyük!

Dərin hörmətlə,

 

Günel Səfərova
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri,
 

Aytən Muradova
Assosiasiya rəhbərinin müavini

Məktublar