Hazırki vəziyyətdə, yeni reallıqlar fonunda növbədənkənar prezident seçkilərinin keçirilməsi məsələsi zərurət olaraq ortaya çıxdı. Başlayacaq yeni bir mərhələ üçün siyasi, iqtisadi və sosial təhlükəsizlik fərqli yanaşmalar tələb edir.
Bu fikirləri “Xalq qəzeti”nə politoloq Yeganə Hacıyeva növbədənkənar prezident seçkilərini şərh edərkən dedi.
Y.Hacıyeva bildirdi ki, növbədənkənar prezident seçkiləri ilk dəfə Xankəndi də daxil olmaqla, Azərbaycanın bütün ərazilərində keçiriləcək: “Azərbaycan tərəfi çox cəhd etdi ki, ərazilərimizin işğaldan azad edilməsi sülh prosesi çərçivəsində baş tutsun. Bu, baş vermədikdə müharibə variantı qaçılmaz oldu”.
Politoloq Prezident İlham Əliyevin növbəti dönəm üçün seçilməsini ölkəmizin gələcəyi, xalqımızın rifahı, regionumuzun stabilliyi üçün həlledici amil hesab edir.
Rizvan FİKRƏTOĞLU
XQ