Naxçıvan Ali Məclisinin payız sessiyasında növbəti iclasın vaxtı açıqlanıb

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasının vaxtı açıqlanıb.

İclas dekabrın 18-də keçiriləcək.

İclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi nəzərdə tutulur.

Siyasət