MİDA: İndiyədək 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb

post-img

Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin seçimi prosesi baş tutub.

Bu barədə jurnalistlərə açıqlamasında MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı deyib.

O bildirib ki, son məlumata görə, 432 mənzilin 371-nin seçim ərizəsi vətəndaşlar tərəfindən imzalanıb, qalanları isə artıq seçilib: “Növbəti günün sonunadək vətəndaşların öz ərizələrini imzalayaraq seçim etmələri üçün müddət də razılaşdırılıb. Bu müddət ərzində vətəndaşlar texniki problem yaşayarlarsa əlaqədar qurumlar tərəfindən onlara köməklik göstəriləcək”.

F.Qurbanlı, həmçinin qeyd edib ki, indiyədək MİDA tərəfindən 7000-ə yaxın mənzil güzəştli qaydada satılıb.

İqtisadiyyat