“Axillesin dabanı” mifi İrəvanda gerçəkləşmədi

post-img

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Qərb Ermənistanı “oxbatmaz” etmək istəyirdi

Ermənistan ideoloqlarının öz ölkələri və haylar haqqında yaratdığı çoxsaylı miflər Azərbaycan əsgərinin çəkmələri altında heç-puç olduqdan sonra daha kimsə o rəvayətlərə inanmır. Ancaq mən işğalçı qonşumuzun hazırkı durumu barədə düşünəndə qədim yunan əsatirlərindəki “Axillesin dabanı”nı xatırlayıram. 

Azərbaycan Ordusunun bu ilin sent­yabrında reallaşdırdığı 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin məlum nəticələrindən sonra regionun (bəli, təkcə Azərbaycanın yox, məhz regionun) kütləvi informasiya vasitələrində “Fransa 6-cı Paris Sülh Konfransı keçirildiyi gün Ermənistana silahlar göndərdi”, “Azərbaycan Fransanın Ermənistana silah satmasından narazıdır”, “Fransanın hərbi texnikası Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir”, “Parisin Ermənistana silah göndərmə­sinə Ankaranın münasibəti necə olacaq?”, “Fransanın Ermənistanda möhkəmlənmək istəyi Kremlə təzyiqdirmi?”, “Rəsmi Bakı Ermənistanın yenidən silahlandırılmasını təmkinlə izləyir” və digər bu kimi sərlöv­hələrə, az qala, hər gün rast gəlirik. 

Bütün bunları eşidəndə Axillesin məğ­lubedilməz, cəsarətli obrazı yada düşür. Rəvayətə görə, qəhrəmana atılan oxların heç biri ona zərər vurmurmuş. Çünki, ana­sı Fetida (oxu: Ermənistanın bacısı Fransa) Axillesi məğlubedilməz görmək istədiyin­dən, övladını müqəddəs sayılan Stiks çayı­nın (oxu: Notr Dam kilsəsinin) suyuna salır, amma bu zaman oğlunun daban nahiyyə­sindən tutduğundan, su dəyməyən o nahiyə qorunmurmuş.

Əsatirdə deyilir ki, Axillesin tərbiyəçisi kentavr Xiron (Ermənistanı bəsləyən ken­tavrların sayını heç İrəvanda da bilmirlər) onu şir, ayı və qabanların daxili orqanları ilə bəsləyir (oxu: Qarabağ və Şərqi Zəngəzurun bütün naz-nemətləri ilə), musiqi alətində ça­lıb oxumağı (oxu: Qarabağda yallı getməyi) öyrədirmiş. Ona görə də Axilles qorxubil­məz döyüşçü kimi boya-başa çatıb. Yəni, Azərbaycan ərazilərinin 20 faizini otuz il işğal altında saxlayıb... 

Nəhayət, döyüşlərin birində (oxu: İkin­ci Qarabağ müharibəsində) rəqibi Axillesi öldürməyi bacarır. Qədim əsatirdə onu öl­dürən cəngavərin adı Paris idi. İndiki qalib cəngavər isə Azərbaycan əsgəridir. Ancaq bu, o demək deyil ki, mifik qəhrəmanın indiki acı aqibətində Parisin rolu olmayıb. Olub. Həm də lap çox. Çünki Qərb paytaxt­ları, xüsusən Paris Ermənistana “Qorxma, qorxma!” – deyərək, onu rüsvayçı məğlu­biyyətə sürükləyirdi. Hazırda Fransanın bu oyuncaq dövləti yenidən silahlandırması isə Ermənistanın tamamilə məhvini reallaşdıra bilər. 

Bir neçə gün əvvəl İrəvandan xəbər gəldi ki, Ermənistan məhkəməsi bu ilin aprelində namünasib hava şəraitində azaraq onlar tərəfə keçmiş və saxlanılmış Azərbaycan əsgərinə ömürlük həbs cə­zası verib. O zaman, az qala, xalqımızın hər bir fərdinin ürəyində inam yaranmış­dı ki, nəyin nə zaman və necə edilməsini hamıdan yaxşı bilən Prezident, Ali Baş Komandan İlham Əliyev məsələnin belə qalmasına imkan verməz. Elə də oldu. Azərbaycanın lideri Axillesin dabanını necə nişan aldısa, əsgərimizi böyük məm­nunluqla gətirib özümüzə təhvil verdilər. Üstəlik, elan etdilər ki, yaxın günlərdə sülh sazişinin imzalanmasına hazırdır­lar. Hazırlaşsınlar. Ümid edək ki, nəhayət sülhün hamıdan çox özlərinə lazım oldu­ğunu anlayıblar. Özlərini yaxşı aparsalar, inanarıq da...

Siyasət