Azərbaycanla əməkdaşlığa son qoymaq ABŞ-ın maraqlarına ziddir

post-img

Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində olmadığını deməyib.

“Biz Azərbaycan və Ermənistanla birbaşa danışıqları davam etdiririk. Davamlı sülh axtarmaq üçün onlarla işləməyə davam edirik və bu, bizim diqqətimizdə qalacaq”, - deyə M.Miller bildirib.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət